Aysel Muradlı

Aysel Muradlı
Bibliophile
16 okur puanı
Ocak 2024 tarihinde katıldı
Tənhalığa öyrəşmiş insan bəzən özünü güclü bilir, ağrılara, tənhalığa sinə gərəcəyini düşünür. Hər gün səhər açılanda yenə də tənha olduğunu görür və fəryad edir: "Mən güclüyəm, mən bütün bunlara dözəcəyəm!" Sakitləşdikdən sonra isə yavaşca öz-özünə pıçıldayır: "Mən artıq yorulmuşam..."
Reklam
Həyat bəzi fürsətləri insana yalnız bir dəfə verir.
İnsan mənfiyə kökləndiyi zaman qəlbində olan bütün gözəl hissləri susdurur. Ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Bu hisslərin təsiri ilə yalnış bir qərar verir və hər şey əlindən çıxana qədər bu qərar əsasında hərəkət etməyə başlayır. Onun bu vəziyyəti oyundan əl çəkə bilməyən qumarbazın işinə bənzəyir. Həyat adlı qumar oyununa sevdiklərini, istəklərini, hisslərini qoyur və uduzur. Bütün bunlar azmış kimi, sonunda da canını qoyur.
Hadisələrin həqiqət tapması istəklərimizdən deyil, o hadisənin bizim üçün nə qədər faydalı, məsləhətli olmasından asılıdır.
Reklam