• 586 syf.
    ·8 günde·10/10 puan
    Qaraqan-Şeytanın kitabı
    Qaraqandan oxuduğum hər əsər həyata,insanlara,dünyaya baxışımda müsbət cəhətdən dəyişiklik yaradır.Din xadimləri tərəfində tez-tez tənqidlərə məruz qalır,H.O.S.T qrupu mənfi enerji yaymaqda,Qaraqan ateistlikdə günahlandırılırdı.Qaraqan əsərlərini oxuyanlar və rep'lərini dinləyənlər bu fikrin yanlış olduğunu bilir. "Şeytanın kitabı" Qaraqanın ən bəyəndiyim əsəri oldu.Adı maraqlı və bir o qədər də qorxunc gəlmişdi və digərləri qədər çox bilinmir,çox oxunmur bu əsər.Səbəbi isə insanlar tərəfindən önyarğı ilə yanaşılır,atesitliyi təbliğ etdiyi söylənilir.Bunu söyləyənlər sadecə 2səhifə oxuyan,dini inancı zəif olanlardır... sona kimi diqqətlə oxuyanlar hər şeyi başa düşərlər.Dini inancları zəif olanlara oxumaq məsləhət deyil.Əsər möhtəşəmdi və Allahın varlığı,din inkar olunmur əksinə Dini kitabların müqaisəsi hər din haqqında məlumatlar,dini gerçəkliklər dini bilikləri gücləndirir.Hər dəfə kitab təhlili paylaşanda süjet xəttini hadisələrin gedişini də yazırdım,amma "Şeytanın kitabı"elə bir əsərdir ki,hərkəs süjetlə özü tanış olsa daha yaxşı olar.Cəsarət istəyən bir romandır və sonadək oxumadan fikir bidirmək olmaz.əsas sirrlər sonda açılır.
    Çap olunmama səbəbinə geldikdə isə:
    müsahibələrdən birində bu kitab haqqında Qaraqana sual verilir.
    - Deyirlər, sənin qadağan olunmuş bir əsərin var – “Şeytanın kitabı”... - Hə, yazmışam. Amma onu çıxarmadıq. Bəzi yazıçılarla, jurnalistlərlə, elm adamları ilə məsləhətləşəndən sonra qərara gəldik ki, kitabı ümumiyyətlə nəşr etməyək. Düzdür, Fransada, Almaniyada bu əsəri asanlıqla çıxarmaq olar. Fransız seriala baxırsa, ona daha çox onun məğzi lazımdır. Bizimki seriala baxır Behlülün gözlərinə vurulur, kimsə ona elçi gələndə də deyir “yox, mən Behlülü gözləyirəm”. Məsələn, “A” kitabından sonra dəfələrlə soruşurdular ki, “Aysel səni doğrudan atdı?” Hansısa qəhrəmanı əsərdə öldürəndə deyirlər, nə pis adamsan, niyə onu öldürdün. Bizim camaatda təsirlənmə çox güclüdür. Ona görə o əsər xüsusən 16-18 yaşlı gənclərə pis təsir edə bilərdi. Yəqin hər bir yazıçının həyatında elə bir əsəri var ki, o öləndən sonra üzə çıxsın. Mən də bu əsəri ehsan kimi saxlayıram. 
  • "Bir ölkənin ruhaniləri döyüş meydanına yolladıqları, digər ölkənin imamları isə onlarla vuruşmağa yollanan əsgərlərinə xeyir-dua verirlər. Hər iki tərəf allahın onların tərəfində olduğunu iddia edir. Xeyirlə şərin hamı tərəfindən qəbul olunmuş bir meyarı yoxdur və olmayınca insanlar öz əməllərinə bəraət qazandırıb, başqalarının əməllərini qınayacaqlar."