Biz böyüdükdə, xam xəyallarımızı itirib, xoşbəxtliyin az olduğunu və tez keçdiyini anlayırıq. Bu həqiqətən bizi yaralayır və nə qədər möhkəm yaralayırsa, bir o qədər çox iztirab çəkirik. İztirabı bir növ qəzəb də adlandırmaq olar. Biz iztirab yaşadan talenin ədalətsizliyinə qəzəblənirik və məhz bu qəzəbi də möhnət, iztirab adlandırırıq.