Carla - "If a man wants to hide his feelings, he hesitates to talk, but if he wants to hide his thoughts he looks at another side. For women it's vice versa."
16-20 yaşlarda dünyanın digər ölkələrini, şəhərlərini, bölgələrini kəşf etmək istəyi yarananda cavablayan (yaranmasa da yaradan) bir kitabdır.
Qısaca dünyanın digər ucundakı həm rəngarəng, həm qaramtıl, həm təmiz, həm kirli, həm məsum, həm günahkar şəhəri (Bombey), yaxud şəhərləri (Kəraçi, Kvetta və s.) və həmin şəhərlərdə baş verənlər haqqında yazılmış dualist bir romandır.
Kitabı oxuyacaqsınızsa, praqmatik və konservativ ideyalarınızı kənara qoymaq lazımdır. Əslində konservativ tərkib də əks edilir yazılarda. Bir sözlə, fəlsəfə və fəlsəfi konsepsiya ağırlıq təşkil edir.
Action, thriller, criminal janrdakı Bollywood filminin kitab versiyasına bənzəyir. Oxuduqca vicdanınızı sorğu-suala tutacaq, dünyəvi təsəvvürlərinizi genişləndirəcək, kitabın əvvəlində bəlkə qınadığınız düşüncələri/şəxsləri axırda dəstəkləyəcəksiniz.
Şantaram- fəlsəfə dadında kriminal həyat dolu və ölümlü bir romandır
Kitabı nəzərə alaraq tövsiyə edə biləcəyim bəzi filmlər: "Lost In Translation", "Taxi Driver", "Fight Club" və s.