“ — Sən mənə baxırsan, — o dedi, — və düşünürsən ki, mənim vəziyyətimdə olan bir adam xoşbəxt ola bilərmi? Nə etmək olar! Etiraf etmək xəcalətli olsa da, mən… bağışlanmayacaq qədər xoşbəxtəm”.
“ - Görərsiniz, bu gün keçinər, - Marya Nikolayevna pıçıltıyla dedisə də, Levinin gördüyü kimi, çox həssas olan xəstə bunu eşitməliydi. Levin Marya Nikolayevnaya acıqlandı və çevrilib xəstəyə baxdı. Nikolay bunu eşitmişdi; lakin bu sözlər ona heç bir təsir bağışlamamışdı.”
“Ürəyindən qara qanlar axa-axa müəlliminə yaxınlaşdı və soyuq yanağından incə bir busə aldı. Bunu o qədər yavaşca, o qədər incə etdi ki, İsanın yerində nazik saplaqlı bir çiçək olsaydı da, bu cür xəfif toxunuşdan nəinki tərpənməz, ləçəklərindəki şeh damcıları belə axıb düşməzdi.”