“Ve dehşetin soğuk pençesini hissedeceksin” cümləsinin olduğu üz qabığı ilə başlayan kitabda, həqiqətən hər səhifədə bu cümlənin həqiqətini hiss edə biləcəksiniz. Baş obraz Psixiatr Jan Fornsterin qonşuları Alexandra, qardaşı Svan müəmmalı şəkildə arda arda ölür. Eyni zamanda atası da Bernard Fornster də həmin gecə maşın qəzasında ölür. İllər sonra Jan, öz keçmişi ilə üzləşmək üçün doğulduğu şəhərə — Fahlenbergə qayıdır. Burada bir psixiatriya klinikasında işə başlayır. Lakin bu işi araşdırmağa davam etdikcə geridə qalan sevdikləri, bu işdə ona kömək etmək istəyən insanlara da zərər gəlməyə başlayır. Daha sonra Nathalie, Carmen, Rudhi, Marnberg, Alfred və s kimi obrazlar da kitaba maraq qatır. Bu yazıçıdan oxuduğum ilk əsər idi. Və niyə bugünə kimi, yazıçının qələmi ilə tanış olmadığımı sorğulayıram. Yazıçının təxəyyülü, yaradıcılığı məni valeh etdi. Əsər bir dəfə belə olsun öz həyəcan dinamikasını itirmir. Və insanı davamlı maraqda saxlayır. Əsərin sonuna isə qatilin kimliyi məni yanıltdı. Qatil Klinikanın baş psixiatrı Rainmend Fleischer
çıxır. Sonda isə Janın uşaqlıqdan bəri saxladığı səs yazma cihazı onu qurtarır. Və sonda gözyaşlarımı saxlaya bilmədim. Çünki əsərin hər obrazına (neqativ və ya pozitiv), xüsusilə baş obraz Jana dərin bir simpatiya duyurdum. Yazıçı o qədər ustalıqla hər obraza lazımı yeri verib ki, bunun üçün uzun müddət sonra oxuyuğum açıq ara ən yaxşı kitablarım arasında yerini ala bildi