Aida Badal

Aida Badal
Bakü
30 Ağustos
43 okur puanı
Eylül 2019 tarihinde katıldı
Şu anda okuduğu kitaplar
10/10
·398 syf.··
Beğendi
·
2025 8. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Temmuz 2025 19:57
“Ve dehşetin soğuk pençesini hissedeceksin” cümləsinin olduğu üz qabığı ilə başlayan kitabda, həqiqətən hər səhifədə bu cümlənin həqiqətini hiss edə biləcəksiniz. Baş obraz Psixiatr Jan Fornsterin qonşuları Alexandra, qardaşı Svan müəmmalı şəkildə arda arda ölür. Eyni zamanda atası da Bernard Fornster də həmin gecə maşın qəzasında ölür. İllər sonra Jan, öz keçmişi ilə üzləşmək üçün doğulduğu şəhərə — Fahlenbergə qayıdır. Burada bir psixiatriya klinikasında işə başlayır. Lakin bu işi araşdırmağa davam etdikcə geridə qalan sevdikləri, bu işdə ona kömək etmək istəyən insanlara da zərər gəlməyə başlayır. Daha sonra Nathalie, Carmen, Rudhi, Marnberg, Alfred və s kimi obrazlar da kitaba maraq qatır. Bu yazıçıdan oxuduğum ilk əsər idi. Və niyə bugünə kimi, yazıçının qələmi ilə tanış olmadığımı sorğulayıram. Yazıçının təxəyyülü, yaradıcılığı məni valeh etdi. Əsər bir dəfə belə olsun öz həyəcan dinamikasını itirmir. Və insanı davamlı maraqda saxlayır. Əsərin sonuna isə qatilin kimliyi məni yanıltdı. Qatil Klinikanın baş psixiatrı Rainmend Fleischer çıxır. Sonda isə Janın uşaqlıqdan bəri saxladığı səs yazma cihazı onu qurtarır. Və sonda gözyaşlarımı saxlaya bilmədim. Çünki əsərin hər obrazına (neqativ və ya pozitiv), xüsusilə baş obraz Jana dərin bir simpatiya duyurdum. Yazıçı o qədər ustalıqla hər obraza lazımı yeri verib ki, bunun üçün uzun müddət sonra oxuyuğum açıq ara ən yaxşı kitablarım arasında yerini ala bildi
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20166,8bin okunma
6/10
·80 syf.··
Beğendi
·
2025 7. kitabı
·
6 günde okudu
·
Okunma: 28 Haziran 2025 18:33
Kitab adsız Qəhrəmanın dilindən nəql edilir. O təkdir və davamlı Sank Peterburg küçələrində gəzişir. Bir gecə o, bir qızı (Nastenkanı) ağlayarkən görür. Və onlar tanış olub, 4 gecə ard arda söhbət edirlər. Adsız qəhrəman Nastenkaya aşiq olur. Lakin Nastenka 1 il öncə ona söz verib getmiş, başqa bir adamı sevir. 4-cü gecəki görüşdə Adsız qəhrəman Nastenkaya eşqini elan edir. Lakin Nastenka küçədə sevdiyi adamla qarşılaşıb, onunla gedir. Əsərin adı isə bununla bağlıdır ki, Rusiyada yayda gün batmayan zamanlar baş verir və bu zamanlar “Bəyaz Gecələr” adlanır. Əsər, emosional vəziyyətlərin detallıca təsvir edildiyi və daha çox melanxolik obrazların əks olunduğu, həcmcə kiçik, tipik bir Dostoyevski qələmidir.
Beyaz GecelerFyodor Dostoyevski · Kızıl Panda Yayınları · 0102bin okunma
4/10
·133 syf.··
2025 6. kitabı
·
23 günde okudu
·
Okunma: 20 Haziran 2025 20:16
William Şekspir – Romeo və Cülyetta Mənə görə əsər lazımından artıq qabardılmışdır. Təbii ki, yazıldığı dövrün məhdudiyyətlərini, hər şeyin saf, təmiz olduğu, eyni zamanda əlçatan, bəsit olmadığını nəzərə alsaq, kitabın əsas obrazlarının bir-birinə olan sevgisi, öz zamanı üçün üstün sayılıb bilər. Həmçinin, dövrünə görə dərin bir sevgini əks etdirdiyi, 2 ailənin qanlı düşmən olmasına baxmayaraq övladlarının bir-birinə olan dərin bağlılığı və düşmənçiliyə baxmayaraq ailələrinə rəğmən evlənmələri həmin əsərə məhz bu qədər şöhrət qazandırıb.
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,7bin okunma
6/10
·512 syf.··
2025 3. kitabı
·
25 günde okudu
·
Okunma: 24 Nisan 2025 22:27
Gabriel və Johannanın sevgisindən bəhs edən kitab. Johannanın həyat yoldaşı ölür, lakin o qəddar biri idi. Və Qardaşı Nicholas Johannanı Gabrielə ərə verir. Heç bir tərəf bu evliliyi istəməsə də , zamanla onlar bir birlərini srvməyə başlayır.
Hiç Umudum YokkenJulie Garwood · Epsilon Yayınları · 2018199 okunma
Puan vermedi·448 syf.··
2025 2. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mart 2025 10:12
Kitab tarixi romantika kimi qələmə alınıb. Baş obrazlardan biri yaraşıqlı Dəniz Piratıdır (korsan). Və digər baş obraz Saradır. Sara və Nathanın gəldiyi St.James və Winchester nəsli uzun illərdir mübahisəlidir. Və Kral bu iki nəsli barışdırmaq üçün Saranın 4, Nathanın isə 14 yaşı olanda onların atalarının müqaviləyə qol çəkməsi ilə, izdivacını edir. Və onlar yalnız böyüdükdən sonra həqiqo evli sayılacaqdılar. İllər sonra, Saranın 18 yaşı olanda Nathan onu aparmağa gəlir. Və Saranın xalası Noranı öz ölkəsinə aparmaq üçün dəniz səyahətinə çıxırlar. İlk başlarda bir birlərini sevməyən və məcbur evliliyə məruz qalan bu 2 gənc, 3 aylıq dəniz səyahətində bir birlərini sevməyə başlayırlar. Sara öz sevgisini Nathana tez tez dilə gətirsə də, Nathan keçmişdə sevgi ilə bağlı yaşadığı neqativ tərcübəyə görə bunu dilə gətirə bilmir. Və Sara Nathanın onu sevmədiyini düşünür. Lakin kitabın sonuna yaxın Nathanın Saranı itirmə təhlükəsi yaranır və Nathan Saranı həqiqəyən sevdiyini anlayır. Kitab uzun müddət sonra oxuduğum ən gözəl romantik üslubda yazılmış kitablardan idi.
En Güzel HediyemJulie Garwood · Epsilon Yayınları · 2015299 okunma