Əli Məmmədov

1552 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Şah əsər
Möhtəşəm bir kitab, bu kitaba və özümə bir söz verirəm: növbəti 5 il ərzində, düşüncələrim daha da olgunlaşanda, həyata indikindən də daha dərin baxdığım zaman yenidən oxuyacam kitabı, hətta indi görmədiyim bəzi məqamları o zaman kəşf edəcəyimi bilirəm... Qisas sözünə yeni bir anlamını gətirməyi bacaran bir kitab. Sizi məhv edən insanlara barmağınızın ucu ilə vurmadan həyatlarını məhv etmək... Düşünün ki, həyatınızın ən gözəl çağıdır, çox sevdiyiniz və evlənmək üzrə olduğunuz bir qadın var, bacarıqlı olduğunuz işdə çox gənc yaşında yüksək rütbə əldə edirsiniz, lakin sizi gözü götürməyən bir neçə insan üzündən 14 il həbs yatırsınız, geri qayıdanda isə heç nəyiniz qalmayıb, sevgiliniz başqa biri ilə evlidir (sizə tələ quranlardan biri ilə), atanız yoxsulluq içində, aclıq səbəbilə ölür... Beləcə, Edmon Dantesin, yəni Qraf Monte Kristonun ağlasığmaz, qarmaşıq, qanlı və dəhşətli planı başlayır.
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202025,6bin okunma
Reklam
8/10 puan verdi
·
Beğendi
Maraqlı və axıcı sayıla biləcək bir roman idi. İlk 70 səhifə yavaş və bir qədər sıxıcı gəlsə də, sonradan çox axıcılıq qazandı. Bunun da səbəbi, kitaba maraqlı bir obrazın - Vasilyevnanın - daxil olması oldu. Çox yaşlı qadın olsa da, açıqsözlü olması, heç kimi vecinə almaması və ürəyindən keçənin dilində olması bir simpatiya yaratdı ona qarşı. Digər maraqlı süjet xətti isə, baş obraz Aleksey İvanoviç ilə Polina arasındakı maraqlı dinamikası olan münasibət idi. Yəni bir insanın, qarşı tərəf aldığı nəfəsdə, baxdığı hər baxışda və dediyi hər sözdə səni xor və aşağı görməsinə, dahası sənin də bunun bariz şəkildə fərqində olmana rəğmən ona qarşı hisslərinin olması, onun üçün ölməyə və öldürməyə, hər cür çılğınlığa hazır olman çox qeyri-adi bir şeydir. Bu kitabı 2 məqama görə mütləq oxumağa dəyər. Öncəliklə, kiçik bir abzas var ki, Dostoyevski orada qarışıq və maraqlı bir psixoloji durumu sadə şəkildə izah etməyi bacarıb, kitabın ən sevdiyim məqamı o oldu. Digəri isə, sona 1 2 səhifə qala, qadın və ümumən insan psixologiyasına dair dəqiq və mükəmməl bir açıqlama verib. Məncə, kitab Dostoyevskiyə başlanğıc üçün ən ideal seçimlərdəndir.
Kumarbaz
KumarbazFyodor Dostoyevski · Can Yayınları · 202168,2bin okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
Əfsanənin sonu...
Bitti, uduzduq :( Azz amma qalmışdı qələbə qazanmağa, çox az. Kiçik bir yanlış hərşeyi məhv etti. Mikami yaktın bizi(( Light, o son çırpınışların, çarəsizliyin içimi parçaladı. Animedə belə son səhnə məni pis edirdi amma burada çox daha dəhşətli idi. Orada Light karizmasını qorumuşdu ən azından, amma burada o da olmadı və özgüvənli, soyuqqanlı, zeki Light ölməmək üçün ağladı... Amma bir baxıma ilahi ədalət yerini taptı. L Lightdan az da olsa üstün olmasına rəğmən hesaba qatılmayan bir şey sayəsində məğlub oldu, Light da Neardan üstün idi, eyni şey oldu. 2 həftədən artıq oxuduğum əfsanəvi, yeridoludurula bilməz seriya tragedik şəkildə sonlandı...
Death Note - Ölüm Defteri 12
Death Note - Ölüm Defteri 12Tsugumi Ooba · Akıl Çelen Kitaplar · 20201,492 okunma

Okur Takip Önerileri

Tümünü Gör
200 syf.
9/10 puan verdi
·
Beğendi
İlk dəfə bir cildə 10 yox, 9 bal verdim :( Çünki bəzi yerlərdə yazar sanki Near'a torpil keçib, sırf o qalib gəlsin deyə bəzi şeyləri çox rahat kəşfetdirib ona + mində bir ehtimal olması mümkün təsadüflər belə baş verib ki, Near olayı çözsün.
Death Note - Ölüm Defteri 11
Death Note - Ölüm Defteri 11Tsugumi Ooba · Akılçelen Kitaplar · 01,516 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
L öldü, yaşasın yeni L(ight). Baş obrazın ölümü animedəkindən də çox daha təsir etti mənə burada. L'in yeri görünəcək( Amma bu cildin sonlarında artıq "DN"nin ən sevdiyim obrazlarından biri Mello daxil oldu İşlər daha da qarmaşıq və fərqli hal alır.
Ölüm Defteri 7
Ölüm Defteri 7Tsugumi Ooba · Akılçelen Yayınları · 20122,005 okunma
Reklam
200 syf.
10/10 puan verdi
·
Beğendi
Hələki, ən sevdiyim cild oldu. Çünki qısa müddət də olsa Light və L birlikdə, həqiqətən dost olaraq Kira'ya qarşı mübarizə apardılar. Bu şəkildə daha çox davam etməsini istəyərdim.
Ölüm Defteri 5
Ölüm Defteri 5Tsugumi Ooba · Akılçelen Kitaplar · 20112,591 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
"Ah, ne kadar kolaydı, diye hiss ettim, başkasına mutluluk vermek ve bununla mutlu olmak"-hikayenin tek cümlelik özeti. Tüm kişisel gelişim kitaplarının anlatmaya çalıştığı ama başarısız olup anlatırken eline yüzüne bulaştırdıkları bir fikri öyle güzel anlatmış ki bu hikaye. Yaşadığı monoton hayatın etkisiyle tüm duygularını neredeyse
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · İndigo Yayınları · 2018143,4bin okunma
Resim