Sevgi nədir sizin üçün?!
Mənə görə sevgi "Səni Sevirəm" demək deyil.O hissi sevdiyinə yaşatmaqdır. Xoş anlarında yanında olmaq deyil,ən çətin anında ona dəstək olmaqdır sevgi. Nə qədər dalaşsaz belə yenidən bir araya gəlməkdir, qayğı göstərməkdir, sadiq olmaqdır,sevgi ondan başqasına kor olmaqdır. Hər xəyalını,anını, düşüncələrini onunla paylaşmaqdır, sevgidən çox insan danışar amma əsl sevgi hər insana qismət olmaz...
Qısaca insanı həyata bağlayanda sevgidir,həyatdan ayıranda. Səni neçə yaşında olursansa ol sevdiyin insanın yanında uşaq edər sevgi. Çalışın sevginizə sadiq qalın,aldatmayın, ucuzlaşdırmayın, anlıq deyil son nəfəsinizə qədər sevin...Axirətlik sevin...
Sizcə sevgi nədir?