Günel Əsədli

Günel Əsədli
@Asadli25
123 okur puanı
Ağustos 2023 tarihinde katıldı
Puan vermedi·316 syf.··
2024 19. kitabı
·
11 saatte okudu
·
Okunma: 20 Mart 2024 21:34
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. "Təhminə və Zaur" və ya "Beşmərtəbəli evin altıncı mərtəbəsi" təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, "olmaz"larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi...
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,847 okunma
Puan vermedi·336 syf.··
2023 58. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Kasım 2023 15:27
Kitabın hər cümləsini paylaşmaq istəyirəm, ancaq sizə bu pisliyi etməyəcəm. Marc Levy-inin əsərlərini oxuduqca onu "Ən sevimli yazarım" adlandırmağa bir addım daha yaxınlaşıram. Kitabın üzərindəki bu şəkilləri ilk öncə heç bir mənasız, kitab üzü olduğunu fikirləşmişdim, amma sona yaxın kitabın üz qabığına ayrı vuruldum.Çox gözəl bir əsər idi. Həyata yenidən gəlsəydim, ilk oxuyacağım beş kitab içərisində bu kitab öz yerini mütləq tutardı. Tövsiyə edirəm.
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018329 okunma
Puan vermedi·372 syf.··
2023 57. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Ekim 2023 15:03
İndicə bitirdim. Kitab məni şoklardan şoklara saldı. Çox möhtəşəm idi. Çox bəyəndim. Məni şoka salan hissələrdən biri Marc Levy-inin "Bəlkə də bu, həqiqətdir" kitabındakı polislə bu kitabdakı polisin eyni polis olması. Başqa şokları deməyəcəm, spoiler olmasın. Qatil də təxmin etdiyim insanlar arasından çıxdı. Endryu Stilmen "Nyu-York Tayms" qəzetində özünə parlaq karyera yaratmış istedadlı jurnalistdir. Onun məqalələri böyük rəğbət doğurub və bu, həmkarları arasında həsəd yaradır. Gələcək məqaləsi üçün material toplayan Stilmən jurnalist araşdırmasının gedişində təhlükəli adamlarla qarşılaşmalı olur. Bir dəfə səhər idman qaçışı zamanı o, naməlum şəxsin hücumuna məruz qalır. Ölümcül yaralanan jurnalist huşunu itirir və özünə gəldikdə həyatının iki ay öncəki dövrünə döndüyünü anlayır. Tale ona ikinci dəfə şans verib, bircə qatili tapmaq qalır...
Yenidən Başlamaq Mümkün OlsaydıMarc Levy · Qanun Nəşriyyatı · 2015597 okunma
Sadəcə vaxt itkisidir.
Puan vermedi·416 syf.··
2023 56. kitabı
·
10 günde okudu
·
Okunma: 11 Ekim 2023 16:54
Məncə hər kitab oxunmağa başlanıbsa, sonuna qədər də oxunmağa layiqdir. Ona görə oxuyub bitirdim. Kitabda Florentino Arisanın növbənöv gecə sevgisindən başqa heç nə yoxdur. Sözdə Fermina Dasaya sadiq olan Arisa kitabın sonuna doğru bir pedofilə çevrilir. Məhəbbət bu deyil. Sadiqlik bu deyil.
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 202011,2bin okunma
Puan vermedi·176 syf.··
2023 17. kitabı
Bu parça <<Rio-Pyedranın sahilində oturdum və ağladım» kitabında söhbətin nədən getməsinin yaxşı izahıdır. Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr bizim lap yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz «Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır» deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq. Anlamırıq: «Biz Onun üçün hansı qapıları açsaq, O da oradan girəcək».
Şiir
Rio-Pyedranın Sahilində Oturdum və AğladımPaulo Coelho · Qanun Nəşriyyatı · 201610,6bin okunma