"Vətən Sahibi” kitabı həqiqətən yaşamış və şəhid olmuş Sahibin həyatından bəhs edir. Əsər onun ailəsinin, dostlarının və döyüş yoldaşlarının xatirələri əsasında yazılıb.
Kitabda Sahib dürüst, lider ruhlu, nizam-intizamlı və qərarlı bir insan kimi təqdim olunur. O, ailəsini çox sevən, dəyərlərinə bağlı və səxavətli biri idi. Sevdiyi xanımla evləndikdən sonra qurban kəsib paylaması bunu açıq şəkildə göstərir.
Sahib yalnız ailəsinin deyil, kəndinin və həyat yoldaşının da qəhrəmanı idi. Kitab oxucuda həm qürur, həm də kədər hissi yaradır və vətən uğrunda canını fəda edən insanların dəyərini göstərir.
Bu kitabı yazıb ərsəyə gətirdiyi üçün Nuray Rəşidə sonsuz təşəkkürümü bildirirəm.