Bir dəfə ağlıma gəldi ki,əgər adamı tamamilə əzmək, məhv etmək, ona ən dəhşətli cəza vermək istəsələr, onda işə tamamilə lazımsızlıq və mənasızlıq səciyyəsi vermək kifayətdir ki, ən dəhşətli qatil belə ondan lərzəyə gəlsin.
Bəzən insan illərlə dözür, boyun əyir, ən ağır cəzalara tab gətirir və birdən hansısa balaca bir işdə, hansısa boş bir şeydə, az qala heç nədən partlayır. Dözümsüzlüyün və tərsliyin bu qəribə partlayışı qədər maraqlı heç nə ola bilməz. Bəzən hətta bunu dəlilik də hesab etmək olar; elə beləcə də edirlər, yəni bunu dəlilik adlandırırlar.
Savadlılıq xalqı məhv edir yanlış fikirdir : burada tam başqa səbəblər var; hərçənd razılaşmamaq da olmaz ki, savadlılıq xalqda lovğalıq yaradır. Amma bu, əsla qüsur deyil.