1000Kitap Logosu
Aysel Allahverdiyeva
TAKİP ET
Aysel Allahverdiyeva
@Aysel1995
Psixoloq
123 okur puanı
19 Eki 2016 tarihinde katıldı.
128
Kitap
127
İnceleme
0
Alıntı
14
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Aysel Allahverdiyeva
Karabağ - Şanlı Tarihi Acı Talihi'yi inceledi.
278 syf.
·
5 günde
Yuxum ərşə çəkilib görmədiyim gündən səni. Gözümün yaşı kəsmir Sənə gəlməyəndən bəri. Canım param-parça, ruhum pərişan, Diriykən ölüyəm Sənsiz, Qarabağ! Mənim yaralı atam, Mənim bəlalı anam, Qarabağ! Türk torpağı, türk yurdu, Gözlərimi yaş yudu. Sənsiz niyə yaşayım?! Sənsiz necə yaşayım, Qarabağ?!. Düşmən tapdağında qoymarıq səni, Kafir caynağında qoymarıq səni, Həsrətin qoynunda qoymarıq səni, Müqəddəs and yerim, ruhum, Qarabağ! Sənsiz qala bilmirəm! Sənsiz ola bilmirəm! Sənsiz ölə də bilmərəm Ölsəm, qibləm Qarabağ! Yetər, Dünya! Bir gör, artıq: Günahlını; günahsızı, Qantökəni, axan qanı; əsir olan cocuqları, girov qalan anaları; Viran olan yuvaları, xanaları... Yetər, Dünya! Bir duy, artıq: Öz yurduna həsrət qalan milyonların Ərşə qalxan naləsini... Yetər, Dünya! Bir gör, artıq: O günahsız qadınların, cocuqların Axıdılan pak qanını. Köçkünlüyə məhkum olmuş milyonların, Boynubükük cocuqların Gözlərini, o gözlərin kədərini, Dillənməyən Ürəklərin çağrısını, ağrısını. Yetər, Dünya! Bir gör artıq Əsir, girov qadınlara, körpələrə O edilən zülmləri Duy, onların fəryadını, harayını! Yetər, Dünya! Bir gör artıq “Vətən, Vətən!” – deyə-deyə Bu dünyayla vidalaşan Qocaların gözyaşını… Yetər, Dünya! Anla artıq “Bircə dəfə öz evimi görə bilsəm Öz evimdə ölə bilsəm; əzizimin məzarına üz-gözümü sürtə bilsəm” deyənlərin həsrətini, ağrısını-acısını... Yetər, Dünya! Bir gün artıq O günahsız qadınların, cocuqların, Köçkün olan, qaçqın olan yüz minlərin, öz evinə gedəmməyən insanların Boynubükük arzuları çarpar səni..! Yetər, Dünya! Dünya gərək dada yetsin! Qaçqınların hay-harayı Hər doğmaya, yada yetsin. - Varsa əgər bu dünyada – ən adil insana yetsin!.. Yetər, Dünya! Bir gör artıq Zülm eyləyən zülümkarı... Bu dövrdə, bu zamanda Ölüm saçan ölümkarı... Bir gör, artıq! Bir duy, artıq! Anla, artıq! Yetər, artıq, Artıq yetər! Eşit, Dünya! Yüzminlərin nərəsini - “Haqq!” bağıran haqq səsini! Yetər, Dünya! Bir gün artıq O günahsız qadınların, cocuqların, Köçkün olan, qaçqın olan yüz minlərin, öz evinə gedəmməyən insanların Boynubükük arzuları çarpar səni!.. Qarabağ düşmən əllərdə! Duysun düşmən, bilsin hamı - Qalmayacaq bu ah yerdə, Qalmayacaq bu qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əlində! Dönəcəyik evimizə, Dönəcəyik yurdumuza... Sökəcəyik biz bu yolda Qarşımızda hər nə varsa, Dönəcəyik Qarabağa! Qarabağım, Anam mənim, canım mənim, Balam mənim, yarım mənim, Duyurmusan bu səsləri; Milyonlarla övladının Yer üzünün hər yanından Sən Qarabağ nərəsini, haqq səsini!? Harda olsaq fərqi yoxdur, Qibləmizsən, xan Qarabağ! Harda olsaq fərqi yoxdur, Səninləyik, can Qarabağ! Sən canımız, sən qanımız, Sən ən qutsal amalımız, Sən ən böyük sevdamızsan, can Qarabağ! Qarabağım! Güneyliyik, Quzeyliyik, Təbrizdənik, Bakıdanıq , Borçalıdan, Dərbənddənik, Anadolu, Kərkükdənik! Türküstandan, Altaydanıq – Fərqi yoxdur biz hardanıq Fərqi yoxdur biz hardayıq Uzaqdayıq, yaxındayıq – Biz hamımız üzümüzü sənə tutduq! Biz hamımız sözümüzü sənə tutduq; Sözümüzdə səni tutduq! Fərqi yoxdur biz hardanıq Fərqi yoxdur biz hardayıq Uzaqdayıq, yaxındayıq – Biz hamımız sənin üçün Qarabağlıyıq! Qarabağım! Heç qalarmı qisas yerdə?! – Qalmayacaq bu ah yerdə! Qalmayacaq bu qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əldə! Öləcəyik sənin üçün, Qarabağım! Qanımızdır sənə fəda, Qarabağım! Öləcəyik sənin üçün, Qarabağım! Canımızıdr səna fəda, Qarabağım! Qəm yeməynən, keçəcəkdir acı günlər. Qəm yeməynən, Bitəcək xarıbülbüllər, Ötəcək sarı bülbüllər! ... Əyan olsun qoy, hamıya, Bəyan olsun qoy, hamıya, Qoy, and olsun Xocalıya! Sənsiz bizə haram olsun bu gen dünya! Dönəcəyik, sənə bir gün, QARABAĞIM! QARAM, AĞIM! Ruhuma Vətənsən, gözümə torpağ! Gözəl Qarabağ! Xar tutmuş gülümsən, xarıbülbülüm, Səndədir, sənlədir sanım, Qarabağ! canım Qarabağ! Mənim qibləm Qarabağ! Qibləm qara bağlıdır... Mənim ruhum Qarabağ! Ruhum Qarabağlıdır! Qaram, ağım! Qara ağım! Ay Qarabağ! Eşqim mənim! Taleyimdə ən silinməz nəqşim mənim! Düşünən türk səni deyir, səni anır. Ürəksizə yaxın uzaq, Ürəkliyə uzaq yaxın! Sevgimizi göndəririk axın-axın sənin üçün, Qarabağım! Qaram, ağım! Qara ağım!
Karabağ - Şanlı Tarihi Acı Talihi
Okuyacaklarıma Ekle
2
15
Aysel Allahverdiyeva
Orientir Yıldızı'ı inceledi.
56 syf.
·
7 günde
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”. İnsan bile-bile ölüme gittiyi ile qurur hissini nasıl yaşar?! Yüreyi Vatan intikamı ile yanan, küçük yaşlarından Vatan! diyen bir insan yaşar. Vatan için doğulmuş bir insan yaşar. Bazen kalbimiz bir hasretle öyle bir çarpar ki, sözlerle ifade edilemez bir şey olur. Mübariz biliyordu dönmeyeceğini. Annesine mektubunda cennetde görüşeceğini mektubunda yazmış. Cennet anaların ayakları altındadır. Annesini bir daha görmeyecek hasreti ile yanıyordu, lakin bir tesellisi cennetde görüşmekdi. Vatan hasreti yüreyini dağlıyordu. Mübariz adı gibi mübariz bir insandı. O, bizim sonsuza kadar kalbimizdedir. İnsanlığa örnek bir İNSANDIR. MÜBARİZ İBRAHİMOV BİZ İNSANLARIN QÜRUR MƏNBƏYİSƏN!!!!!
Orientir Yıldızı
8.9/10
· 247 okunma
Okuyacaklarıma Ekle
3
9
Aysel Allahverdiyeva
Hocalı'da Türk Soykırımı'ı inceledi.
159 syf.
·
7 günde
Çoxları bilmirki Xocalı nədir? O böyük qırğını törədən kimdir? Xocalı fikrimdə acı bir andı, Xocalı bir zaman qan ağlayırdı. Qırğını unutmaq,insanlıqdanmı? Bu acı anları anlayırıqmı? Xocalı şəhidlik fəlsəfəsiydi, Xocalı bir zaman qan ağlayırdı. Şəhidlər qanına boyandı torpaq, Xocalı düzündə ağladı gül,bağ Qar elə yağırdı,borandı,qardı Xocalı bir zaman qan ağlayırdı…!
Hocalı'da Türk Soykırımı
Okuyacaklarıma Ekle
1
8
Aysel Allahverdiyeva
Hocalı'nın Kurdeleli Anahtarı'ı inceledi.
220 syf.
·
7 günde
Xocalı Ağısı Ağlayın dağlar ağlayın, Uca zirvələr, ağlayın, Xocalının ah-fəryadı Kəsməyir, siz də ağlayın, Köksü, sinəni dağlayın, Xocalıya yas bağlayın... Röyalarda gəlir dilə, Uşaqların qan naləsi, Xocalının fəryad səsi, dağlar, siz də qan ağlayın Bu dərdi bir soraqlayın... Ağı desin Azərbaycan, Cahan eşitsin səsini, Xocalıda axan qanın, Ahla, çəksin qüssəsini... Ağla, Azərbaycan, ağla, Ağla, Xocalını ağla Sinə dağla, Qara bağla... Ağla Xocalını ağla, Ağla, Azərbaycan ağla... Ağı bitsin, qəzəb gəlsin, Yurddan bir savaş, Səslənsin.. Silahlanaq, Yaraqlanaq, Düşmən canına od salaq, Xalqım, savaşa yollanaq! Qan tökməsək qisas olmaz, kədər, qüssə heç vaxt solmaz... Xocalı qisasa səslər, Milləti savaşa səslər... Ağla, Azərbaycan, ağla, Xocalıya, sən tyas bağla, Qisas günü yetənədək, Ağı deyib sinə dağla, Ağla, Azərbaycan, ağla, Xocalıya sən yas bağla, Ağla, Azərbaycan, ağla... Qan tökməsək qisas olmaz, kədər, qüssə heç vaxt solmaz... Xocalı qisasa səslər, Milləti savaşa səslər...
Hocalı'nın Kurdeleli Anahtarı
Okuyacaklarıma Ekle
1
Aysel Allahverdiyeva
Yüzyılın Soykırımı Hocalı'ı inceledi.
288 syf.
·
7 günde
Layla, Xocalım, layla Duz basdılar yarana, Layla, Xocalım, layla. Düşdün gülləbarana, Layla, Xocalım layla Namərdi kim çağırdı? Göydən ölüm yağırdı. Dilnən demək ağırdı, Layla, Xocalım layla. Daş üstə daşmı qaldı, Salamat başmı qaldı, Gözümdə yaşmı qaldı, Layla, Xocalım layla. Qaçdı Novruzun tamı, Kimdi yandıran şamı? Yas elədin bayramı, Layla, Xocalım layla Dərdin kimi acı yox, Ağrı var, əlacı yox. Ağlamağa bacı yox, Layla, Xocalım layla. Hisdi, pasdı, qurumdu, Tüstü burum-burumdu. Hər tərəf uçurumdu Layla, Xocalım layla Bu torpağın canısan, Selə dönmüş qanısan. Sən kimin qurbanısan? Layla, Xocalım, layla. Xocasan, xocan hanı? Cavansan, qocan hanı? Tüstülü bacan hanı? Layla, Xocalım, layla. Çıxmağa yol olmadı, Qucmağa qol olmadı. Üzməyə sal qalmadı, Layla, Xocalım, layla. Məndən küsdü soyadım, Namərd olsun qoy adım. Səni necə oyadım? Layla, Xocalım, layla. Kədər düşdü payına, Səndən çətin yayına. Hay vermədik hayına, Layla, Xocalım, Layla. Yara sarıyan hanı? Haqdan yarıyan hanı? Yurdu qoruyan hanı? Layla, Xocalım, layla Şuşanın ətəyi qan, Bali qan, petəyi qan. Düşmənin kötəyi qan, Layla, Xocalım, layla. İtən çənim olaydı, Bitən dənim olaydı. Vətən mənim olaydı, Layla, Xocalım, layla
Yüzyılın Soykırımı Hocalı
Okuyacaklarıma Ekle
3
Aysel Allahverdiyeva
Yalnızlık Psikolojisi'yi inceledi.
224 syf.
·
6 günde
İnsanlar bir anlasaydı ki, insanı yalnızlaştıran onların kendileridir sorunlar çözülmüş olurdu. Yalnız kalıp göz yaşları içinde yalnızlığını kendi içinde haykırmak insan varlığının huzurla huzursuzluk arasında kaldığı yerdir. Ya kendine kendin huzur vereceksin, ya da sana huzursuzluk yaşattıran sebebleri kendileri ile yalnız burakacaksın. İşte o zaman kararın net olacak. Esasında ne istediyini anlayacaksın.
Yalnızlık Psikolojisi
Okuyacaklarıma Ekle
7