Aysel Paşayeva

Aysel Paşayeva
@Aysel98
Books are life
10/10
·280 syf.··
Beğendi
·
2019 7. kitabı
·
10 günde okudu
·
Okunma: 10 Aralık 2019 00:10
On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik bir dinc şəhərdə böyüməkdədir.O,digər gənc qızlar kimi musiqi dinləyir,məhəbbət romanları oxuyur,gələcək haqqında xoş xəyallar qurur.Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir.O məsum qız hansi ki filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağla gəlməz işgəncələrə məruz qalır..İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır.Onun verdiyi canlı,amansızcasına acıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək.Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraq bu hadisələrin həqiqət olmamasını arzu edəcək,bəzən nifrətinizdən dişlərinizi sıxacaq,bəzən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz.Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.
1000Kitap
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,8bin okunma
Reklam
6/10
·156 syf.··
Beğendi
·
2020 2. kitabı
·
8 günde okudu
·
Okunma: 10 Şubat 2020 19:02
Baş qəhrəmanımız Mark məhəbbətin 3 il yaşadığını deyir, bunun səbəbi isə onun sevgisinin 3 ildən artıq çəkməməsidir. Gözəlliyinə aşiq olaraq evləndiyi Anna ilə 3 il sonra boşanırlar, o başqa bir qadına -Alisaya vurulur. Onu da qeyd edim ki, Alisa evlidir və Markla gizli görüşür. Mark Alisanı nə qədər sevsə də əmindir ki, 3 il sonra ona olan məhəbbəti də bitəcək və həmişə bu qorxu ilə yaşayır. Çox əzab-əziyyətlərdən sonra Alisa ilə qovuşurlar. İlk evliliyində isə Anna ilə heç bir çətinliyə düçar olmadan evlənən Mark belə bir qənaətə gəlir : "Mən əsas şeyi bildim- xoşbəxt olmaq üçün dəhşətli bədbəxtçilik vəziyyətini yaşayıb keçməlisən. Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz." Əvvəl insanlar bir birini ehtirasla, sonra incə və dostcasına sevirlər, və nəhayət, bir-birinə darıxdırıcı olurlar- romanın əvvəlində bu fikirdə olan Mark sonda əmin olur ki, bu dayaz sevgilərə aiddir, həqiqi məhəbbət üçün nəinki üç il, bir ömür bəs etməz.
1000Kitap
Aşkın Ömrü Üç YıldırFrederic Beigbeder · Sel Yayıncılık · 2011660 okunma