Özün tək olanda və öz fikirlərini kiminləsə bölüşə bilməyəndə nəyəsə inanmaq çox çətindir. Məhz bu anlarda o başa düşdü ki, insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da, həqiqətdə həmişə bir-birlərinə yaddılar. Əgər insanın canı ağrıyırsa, ağrı yalnız onun ağrısı olaraq qalır, başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz. Əgər insan əzab çəkirsə, başqaları - onları əsl məhəbbət birləşdirmiş olsa belə - bu ağrını hiss eləməz.