Aytac Əliyeva

Aytac Əliyeva
Xoşbəxt bir kəpənəyəm Yaşasamda,ölsəmdə...
•NDU dentistry
Qarabağ, 22 Ağustos 2004
69 okur puanı
Aralık 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Erich Fromm artıq ən sevdiyim yazarlardan biridir
10/10
·143 syf.··
Beğendi
·
2026 2. kitabı
·
25 günde okudu
·
Okunma: 09 Nisan 2026 23:56
Yazarın artıq ikinci kitabı idi ki,oxudum.Yaxşı ki,oxumuşam dediyim kitablardan biri oldu belə ki,içində həm psixoloji həm fəlsəfi həm də yeri gəldikcə sosioloji tərəflərdən mövzuya baxılıb. Kitabda şiddətin qaynağını 3 əsas faktor olaraq bildirilib.Bundan əlavə narsizm,ölüm və yaşam sevgisi,anaya bağlılıq,azadlıq mövzularına da dərindən toxunulub. Biz "özgür" formada seçimlər etdiyimizi düşünsək də özgürlük anlayışı yoxdur sadəcə o seçimi edənə qədər özümüzə yaratdığımız seçim mərhələsi var.Seçdiyimiz hər bir variantın altında isə şüuraltı "dürtü" dediyimiz hissə yatır.Bəzən ağıl ilə o "dürtü"-ün arasında qalırıq və bizim üçün səhv olduğunu bildiyimiz şeyi seçməyimizin səbəbidə səbəbini bilmədiyimiz "dürtü"-ün ardınca getməkdir. Kitabın dili biraz çətin sayılar, bir cümləni tam anlayıb mənimsəmək üçün 2-3 dəfə oxumaq lazım olur amma elə kitabın əsl ləzzətidə ordadır. İliklərə qədər zövq verən bir kitab oldu mənim üçün
Sevginin ve Şiddetin KaynağıErich Fromm · Payel Yayınları · 19941,702 okunma
9/10
·312 syf.··
Beğendi
·
2024 4. kitabı
·
16 günde okudu
·
Okunma: 23 Ağustos 2024 12:18
Kitabı çox bəyəndim və hamıya, ən əsasda qızlarımıza oxumağı tövsiyyə edirəm Kitabın qısa xülasəsin belə izah edim: Bir insan həyatda başqasından bağımlı qalmaması üçün ilk öncə özünü tanımalı,özünü sevməlidir.Bu gerçək və şablon bir cümlədir.Artıq çox eşidirik "özünü sev" və s. amma mahiyyətini,necəsini başa düşmürük. Və yaxudda bəzi hadisələrə qarşı verdiyimiz reflekslərin səbəbi nədir? Başqa bir misal bizim bir yerimizin ağrıması psixologiyamız,yaşadıqlarımızlada əlaqəsi var və bu zaman bədənimiz bizə mesaj verir ağrıyla. Bütün bu və başqa bunlar kimi maraqlı gerçəkləri bu kitabı oxumaqla görə bilərsiniz. 20 yaşımacan artıq oxuduğum kitablar siyahısında olması mənim üçün avantaj olacaq.
Artık Bensiz AslaMaud Ankaoua · Yan Pasaj Yayınevi · 2023253 okunma
Puan vermedi·132 syf.··
Beğendi
·
2024 3. kitabı
·
8 günde okudu
·
Okunma: 01 Ağustos 2024 23:44
Bu kitabın adını ilk dəfə "Günübirlik hayatlar" kitabında gördüm və ondan sonra oxumağa qərara aldım.Yaxşı ki də oxudum.Kitab sanki bir dostunla məsləhətləşirmişsən kimi hiss etdirdi.Bəzi məqamları başa düşməkdə çətinlik çəksəmdə ümumilikdə mənə çox köməyi oldu.Stoizmlə daha yaxından tanış etdi,olan hadisələrə qarşı baxış tərzimi dəyişdirdi.Artıq əvvəlkinə nəzərən daha sakit və təmkinli olduğumu hiss edirəm.Normalda mən bir kitabı ikinci dəfə oxumaq istəmərəm amma bu kitabı ikinci dəfə yenidən oxuyacam.Əminəm ki,yenidən oxuyanda başqa yeni məqamları görəcəm
Kendime DüşüncelerMarcus Aurelius · Türkiye İş Bankası Kültür Yayınları · 202427,8bin okunma
Goethe >
9/10
·160 syf.··
Beğendi
·
2023 19. kitabı
·
51 günde okudu
·
Okunma: 24 Aralık 2023 15:42
Tərcüməsi bu qədər gözəldisə,orjinalı necə di düşünə bilmirəm. Goethe sayəsində alman ədəbiyyatına marağım yarandı. Goethe'nin oxuduğum ilk əsəridir,ilk olsa da son olmayacaq.Çünki oxuyanda ordakı cümlələrin gözəlliyi,ahəngi,mənası insanın ruhuna süzülür. Kitabı oxuduqdan sonra Goethe haqqında bir balaca araşdırdım və öyrəndim ki, keçmişdə yazıçı dostunun nişanlısı-Charlotte adlı bir qıza aşiq olur.Hisslərin artdığını görəndə şəhəri tərk etməli olur.Məhz bu hekayədən bu kitab yazılıb. Bu kitabın adı Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" kitabında da keçib. Bir zamanlar Avropada yayılmış "Verter effekti"-in izah edib. Kitabı çox sevdim,sadəcə məndən bir məsləhət aldığınız nəşriyyatada baxın
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · İndigo Yayınları · 2017149,9bin okunma
Düşündüyümdən daha yaxşı idi
7/10
·285 syf.··
Beğendi
·
2023 16. kitabı
·
34 günde okudu
·
Okunma: 16 Ekim 2023 18:08
Hərşey 4 yaxın dostun olduğu məktəbdən qızların qaçırılması ilə başladı.Daha sonra isə məsələ gözlənilməz bir yerə doğru getdi.Bizə dost dediklərimizdən gələ biləcək xəyanəti göstərdi. İlk başda deyim,əsər maraqlıdı.Ən çox sevdiyim hissəsidə günümüzün məsələləri haqqında maraqlı cümlələrin olması idi.İlk başlarda normal maraqlı, ortalarda mənə görə marağın itirsə də son 50 səhifəyə yaxın çox maraqlı olmağa başladı.Hətta dayana bilməyib sonun öyrənmək üçün uni.də dərslərdə də oxumağa başladım. Dedektif janr olduğundan hadisələrin reallığın çoxda sorğulamaq istəmirəm. Həmişə ki,şüarım ölkəmizdə yeni ədəbiyyatın inkişafı üçün biz gənclər oxumalı və dəstək olmalıyıq.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma