Badisəba

Puan vermedi·250 syf.··
2024 10. kitabı
Hər kitabda insan özündən bir parça tapmır. Tapsa da, sadəcə bir cümlədən o tərəfə keçmir bəzən. Bu kitab isə mənim itirmək istədiyim parçamı mənə xatırlatdı. Kitabda yazılanlar gənclik illərinin ağrılı sevdalarının tərcümanıdır. "Sən"ə yazdıqlarımı mən kitab halına salmağa cəsarət etməzdim, amma bir başqası öz "Sən"i üçün bunu edib.
Alın Yazım "Sən"Sadıq Baba · Bakı, Mayak Nəşriyyatı · 202316 okunma
10/10
·376 syf.··
2023 29. kitabı
·
28 saatte okudu
·
Okunma: 19 Haziran 2023 17:12
Öz yazıçılarımız və şairlərimizi digər yazıçı və şairlərdən daha çox sevirəm.Hüseyn Cavidin dörd əsəri bu kitabda yer alırdı:"Peyğəmbər":"Topal Teymur"; "Knyaz"; "Səyavuş". "Peyğəmbər" Əsəri 4pərdədən ibarətdir ki,hər biri Məhəmməd peyğəmbərin İslamı vahid din olaraq yaymasını öz düşüncələri və qərəzli gördüyü tərəfləri ilə vurğulanmış və dövrlərə ayrılmışdır. "Topal Teymur" əsərində Topal Teymur və İldırım Bəyazidin qarşı-qarşıya gəlməsini təsvir etmiş,baş verən hadisələrə şair obrazı ilə öz fikir və etirazlarını bildirmişdir. "Knyaz" əsərində inqilab ruhu işlənmiş,xalqı əzən, zəif görən, əyləncə düşkünü başçıların həzin sonunu göstərilmişdir. Son olaraq "Səyavuş" Əlbüqasim Firdovsinin yubleyi üçün yazılmış və obrazlar "Şahnamə" əsərindən seçilmişdir.Burda da xalq tərəfdarı,Rüstəm Zal tərbiyəsi almış, sarayı sevməyən Səyavuş bir qadının fitnəsinə və taxt-tac üçün hər şeyi edə biləcək birinin arxadan zərbəsinə qurban gedir. Hər dörd əsərində mədəni-əxlaqi,insani duyğuları böyük ustalıqla qələmə almışdır.
Əsərləri lll CildHüseyn Cavid · Bakı Yazıçı Nəşriyyatı · 198210 okunma
6/10
·168 syf.··
2023 19. kitabı
Kitabda nəyəsə cəhd edilib,amma tam olaraq alınıbmı deyə bilərəm. Mənəvi səyahətə dəyilsə də,kitabın sonu tam olaraq bir yekuna çatmır.Filmlərdəki kimi keçmiş, gələcək hadisələr arasında keçid edilir. Keçidlər pis deyil. Sadəcə yazarın bəzən cümlələri qəribə bir nizamsızlıq yaradır. Kitabdan nə nəticə çıxarmaq lazımdır? Düzünü desəm bu nəticənin hər kəs öz günahının cəzasını çəkir,ya ruhumuz cismimizdə qonaqdır,ya da mənəvi və vicadanən rahatlıq daha əsasdır olub-olmaması ilə bağlı fikir ayrılıqları yaşadım. Hər halda maraqlı idi. Daha yaxşı ola bilərdimi? Bəli
Sehrbazlar DərəsiKamal Abdulla · Qanun Nəşriyyat · 201845 okunma
10/10
·1022 syf.··
2023 9. kitabı
·
85 günde okudu
·
Okunma: 30 Ocak 2023 21:25
Uzun bir müddət ərzində oxuyub bitirə bildim. Lakin bu mənim "Səfillər"lə ilk tanışlığım deyildi. Düzünü desəm onun məndə yeri tamam başqadır. İlk kitablarımdan biri olub. Cizgi filminə də
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2022105,2bin okunma
Dəyişən sadəcə addır.
Puan vermedi·152 syf.··
2023 8. kitabı
Nəhayət ki,oxuya bildim. Tərcüməçinin də dediyi kimi bir pəri nağılı idi. Amma tək fərqlə burda həqiqət gizlənirdi.Kitabın SSR-ini,Stalini tənqid etdiyi deyilir. Nə yalan deyim kommunizm, sosializm və sair anlayışlara tam olaraq başa düşə bilmirəm.Adına hər nə deyirsiz deyin. Bu kitab yaşadığımız cəmiyyətin,dövlətin,şəraitin iç üzünü açır. Orvel o dövr üçün SSR üçün yazsa da,gəlin nəzər salaq. Bu gün neçəmiz Boxer deyil? Boxer kimi çox çalışsa və liderin sözünü doğruluğunu sual etmədən qəbul etsə,həyatın daha yaxşı olacağını düşünən azmı insan var? Ya da Benjamin kimi hər şeyin fərqində olaraq mənə dəyməyən ilan yüz yaşasın deyib başını sallayaraq həyatına davam edən insanlar yoxdurmu? Ya qoyunlar kimi nə olub bitdiyini bilmədən kor-koranə özündən güclü deyəni özünə qanun edən yoxdurmu? İdarəetmǝyǝ gələndə Napoleon kimi şirin vədlər verib,qanunları üst təbəqə xeyrinə dəyişdirən idarəçi heç mi görülməyib? Ya ferma əhlinin bir başçıya tabe olması insanların bir toplum,kütlə halına gələndə liderə ehtiyac hiss etməsi... Çox çalışıb az maaşa qane olmaları. Ya yalnız bir sahəyə yönələrək digər sahələrin əslində havada qalması. Və çox şey sadəcə Stalinə qarşı yazılmışdır deyə qəbul etməyi düzgün bilmirəm. Ya da ən azında belə düşünək. Bu kitabı bizə qəribsədəcək nələr dəyişib? Və bu kitabı oxuyanda qəribsəmək əvəzinə ağlınıza günlük həyatınızdan qısadan hissələr gəlirsə,demək ki,toplumun idarəsinin sadəcə adı dəyişib. İnsan-Jones gedib,yerinə donuz-Napoleon gəlib. Dəyişən sadəcə addır.
İnsan Hakları
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296bin okunma