Həyatım gözyaşından ibarətdir...
Mənəvi olaraq qəlbimdə yaşatdığım insanın üzünü görməyəli artıq 10 gün olur.Hər günüm stress,qayğı və qorxu içində keçir.Stressiz,sıxıntısız aldığım bir nəfəs yoxdur.Gücümün tükənişindəyəm,artıq bu olanlara dözə bilmirəm...
Ətrafıma baxıram,yaşıdlarım,əvvəllər münasibət qurmaq haqqında fikirləşdiyim neçə neçə insanlar indi başqaları ilə xoşbəxt və mehribancasına yaşayır.Bir birilərinə dəstək olaraq,birlikdə...Mən , bu çətin həyatın məngənəli yollarında qanayan dizlərimi qucaqlayır,qanımı gözyaşımla qarışdırıram.Gözyaşlarım qəlbimə damlayan qan damcılarına çevrilir...
Yalnız başıma,tək tənha keçməyə çalışıram bu yoxuşlardan və ətrafımdakilar...Onlar acıyan baxışlarla baxırlar mənə,mən isə başımı aşağı salır,öz tənhalığımda öz əllərimlə özümü boğuram...Bu yolun sonu ya tam aydınlıq ya da qaranlıq olaraq görsənir...
Kaş sənin varlığın hardasa yaxında olsa idi...Necə ehtiyacım var indi sənə,sənin səsindən eşidəcəyim "Hər şey yaxşı olacaq" ümidinə...
...
Yenədə oxumalarımı axsatmamağa çalışıram,bu xaosun içində kitablar tək sığınma nöqtəmdi...Rəbbim yardımını tezləşdir,yardımına çox möhtacam....