Bətul

Bətul
@Batul_18
17 Mayıs 2008
Eylül 2025 tarihinde katıldı
Eşitmişdim ki, insanlar öləndə əməl dəftərlərini görürlər. Oğrucadan adaya qədər bütün həyatım bir film kimi gözlərim önündən keçirdi. Əlim boş idi, bir şeyim yox idi. Öz-özümə deyirdim: "Əgər dünyadan köçsəm və məndən dünyada nə etdiyini soruşsalar, nə cavab verəcəyəm?" Allahı çağırırdım ki, yaşayıb yanlışlarımı düzəldə bilim. – Anamın duası ✨
Alıntı
Reklam
Bir batalyonun düşmənə bu qədər xəsarət yetirdiyinə inanmaq çətin idi. Yenə hər şey ilahi möcüzəyə qayıdırdı. – Anamın duası
Alıntı
Gecə maşınlarla yola düşdük. Hərəkət etməzdən öncə komandirlə uşaqların birinin qışqırığı diqqətimizi çəkdi. On yeddi-on səkkiz yaşlı döyüşçünün atası şəhid olmuşdu. Oraya qədər necə gəldiyini bilmirəm, amma dayanmadan ağlayıb yalvarırdı, komandirsə icazə vermir, deyirdi: "Atan şəhid olub, səni əməliyyata buraxa bilmərəm". Bütün batalyon bu səhnəyə tamaşa edir və döyüş həvəsi qat-qat artırdı. ✨ – Anamın duası
Ağa Bakiri namazdan sonra gəlib Çıxış etdi. O vaxta qədər onun yalnız adını eşitmişdim, özünü yaxından görməyi çox arzulayırdım. Fikirləşirdim ki, iki-üç metr uzunluğunda, bir metr enində qırxyaşlı bir kişi olar. Ancaq namazdan sonra 27-28 yaşlı arıq bir gənci önümdə gördüm. Çox atəşli çıxış edirdi. Əməliyyatın əhəmiyyətini başa salmağa gəlmişdi. O deyirdi: - Bəəs ordusu Səddam Hüseynə söz verib ki, sabah adanı geri alacaq. Onlar sabah əks-hücuma keçəcəklər, amma biz bu gecə əməliyyatımızla onların əks-hücumuna mane olacağıq. Ada bizim üçün çox əhəmiyyətlidir. Əgər adanı geri alsalar, imam narahat olar, ürəyi ağrıyar. Biz də imamın narahatlığını görmək istəmirik. Buna görə gedib əməliyyata başlamalıyıq. Düşmən istehkamının o tərəfində bir nəfərin əl-qolunun kəsilməsi də onları ruhdan salacaq və sabah əməliyyata başlaya bilməyəcəklər.
Alıntı
Şübhəm yox idi ki, ən azı, on şəhid verəcəyik. Səs-küy bitəndən sonra yavaşca başımı qaldırdım. Təəccübdən ağzım açıq qalmışdı. Bonab məscidində dəfələrlə döyüşçülərdən eşitdiyim möcüzəni gözlərimlə görürdüm. Hətta bir nəfərin burnu da qanamamışdı. İxtiyarsız olaraq, bombalara hara düşməli və hara düşməməli olduqlarını əmr etmiş Allaha şükür etməyə başladım.
Alıntı
Reklam