Başlıqdan da başa düşüləcəyi kimi kitabı sadəcə ac hiss etdiyim zamanlar oxuyurdum. Deyəsən nə vaxtsa bu cür bir tövsiyyə almışdım deyə. Kitabdakı xarakter qədər çox dərin aclığı heç vaxt hiss etməsəm də yazar gəşəng ifadələrlə(ya da ki,ağrılı) o aclığı insana hiss etdirir,üzərinə də Sizin aclığınız xarakteri daha yaxşı anlamağa kömək edir. Xarakterdən Raskolnikov dadı aldım,deyəsən hər ikisi də məni əsəbiləşdirdiyi üçün. Həm də etdiyi bəzi hərəkətlər və verdiyi qərarlar deyəsən həqiqətən dəlidir bu adam deyə düşündürürdü. Kitabın tərcüməsi səbəbiləmidir ya yazarın öz üslubumu belədir bilmirəm amma ki,bir çox yerlərində sıxıldığımı hiss etdim,kitab 200 səhifədən az olması əvəzinə 300+ olsaydı,yəqin ki,oxumağı başqa bir zamana saxlayardım davam etmək əvəzinə. Qısaca deyə bilərəm ki,səbrlisinizsə və axmaq qərarlara qarşı da sakitsinizsə oxuyub sevə bilərsiniz,amma doğrusu təriflənəsi qədər gözəl kitab deyildi. Sonu da çox bəsit gəldi. Belə... Xoş mütaliələr... :)