Mənə deyirlər ki, tezliklə sulara qərq olub boğulacağam. Suya baş vurmazdan əvvəl sahildə bunu sənin üçün qoyuram. Boğulmazdan əvvəl ürəyimdə nə olduğunu bilmən üçün bir gün bu hədiyyəni tapmağın üçün dua edirəm.
Avqust 2007
🎭Santiago Book Club olaraq mart ayının 15-i Neftçala rayonun kənd məktəbinə kitab müzakirəsi üçün gedəcəyik.
📚Müzakirə kitabı Ernest Heminquey'in "Qoca və Dəniz" əsəridir. Müzakirə iştirakçıları məktəblilər olacaq. Məqsədimiz oradakı məktəblilərə mütaliə və müzakirəni sevdirmək, kitabları məktəblilər üçün əlçatan etməkdir.
❤️Könüllü olaraq balaca dostlarımıza kitab hədiyyə edə bilərsiz. Bundan savayı hədiyyənizi götürərək bizimlə birlikdə Neftçala rayonuna səfər edərək müzakirədə iştirak edə bilərsiniz.
💌Öncədən dəstəyiniz üçün təşəkkür edirik..
Corc tapançanın lüləsini onun peysərinə dayadı. Əli titrəyirdi, ancaq çöhrəsində bir qətiyyət vardı. Axır ki, bu titrəməyə üstün gəlib tətiyi çəkdi. Güllə səsi düzəngahda yayılıb, dağlarda əks-səda verdi. Lenni dartındı, sonra asta-asta üzüquylu qumun üstüne çökdü və bir daha tərpənmədi.