Bir vaxtlar xəyallarımın qəhramanı olan insanın zəiflədiyini, ailəsinin, xüsusilə mənim sevgimə ehtiyacı olduğunu bilsəm də, hələ xəyalımda yaşatdığım anın gəlib yetişmədiyini güman edirdim. Kim bilir, bəlkə də bir güc, çeviklik təcəssümü bildiyim insanın, indi sevgimə möhtac olmağına inanmaq istəməmişdim? Mən bilmirdim ölümün vaxtı çatmışdı ya yox? Amma onu bilirdim ki, təbiət mənimlə çox sərt davranmışdi. Göz yaşlarımın boğazımda düyünlənib qaldığını hiss edir, günahkarlıq hissindən boğulurdum.
Yaxşısı odur ki, ... insan heç bilməsin, heç görməsin, bir ömür bir xəyala inanıb hələdə dəyərli olduğunu bilərək yaşasın, amma yaşasın! Öz lazımsızlığını bilib məhv olmasın!