Heç bir məqsədi və mənası olmayan kainatla təkbətək qalmaq özü də bir işdir; çoxumuz ruhumuzun tənha qaldığı ulduzlu gecədə bunu etmişik. Amma heç bir açıqlaması olmayan kainatla təkbətək qalmaq? Bu çox böyük bir axmaqlıq kimi görünə bilər, ən azından bizim kimi hər şeydə səbəb axtaran növ üçün
Bir dəfə televiziyada yayımlanan monoloqda Bil Moyers roman yazarı Martin Amisə kainatın necə mövcud ola biləcəyi sualını ünvanlamışdı. Amis "Bu sualı cavablamağa ən az 5 Eynşteyn qədər uzağıq" cavabını vermişdi. Bu fikir mənə məntiqli gəlirdi. "Amma bugün aramızda bu Eynşteynlərdən kimsə varmı?"- deyə özümə sual verdim. Onlardan biri olmağa həvəs göstərməyəcəyim bəlli idi. Amma birini, ikisini, üçünü və hətta dördünü tapsam və onları eyni sıraya düzsəm....axx, bu çox mükəmməl bir iş olardı....
Tarixə nəzər saldıqda görürük ki, elmin bəzi təbiət hadisələrini açıqlaya bilmədiyi zamanlarda dini inanc sahibləri bu hadisələri fövqaltəbii qüvvə və ya qüvvələrlə izah edirdilər. Amma təbii ki, çox sonralar elm bu boşluğu doldurdu və mifləri yox etdi....
Deyirlər , "Heçnə olmaya da bilərdi, amma niyə nəsə var?" sualı o qədər dərindir ki, bu sual yalnız bir metafizikin ağlına gələ bilər, amma həm də o qədər bəsitdir ki, yalnız hansısa balaca uşaq bu haqda düşünməyə imkan tapar....