1000Kitap Logosu
Babazade Shahla
Babazade Shahla
Babazade Shahla
TAKİP ET
Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan... Kelebek
History
Bakı, 30 Ağustos 2001
100 okur puanı
05 Eyl 2019 tarihinde katıldı.
97
Kitap
25
İnceleme
192
Alıntı
8
İleti
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Babazade Shahla
Xacə Şah'ı inceledi.
648 syf.
·
11 günde
·
Beğendi
·
9/10 puan
Əsər Nadir şah Əfşarın öldürülməsindən Ağa Məhəmməd şah Qacarın öldürülməsi və Fətəli şahın üsyankarları cəzalandırmasına qədər olan dövrü (1747-1799) əhatə edir. Əslində əsərə tarixi roman demək, o qədər də, düzgün deyil. Bəzi hissələrdə bədiilik özünü göstərsə də, bəzi hissələrdə elmilik daha çox nəzərə çarpırdı. Əsər yazılarkən həm Qacar, həm də Avropa tarixçilərinin yazılarından istifadə olunub. Maraqlı, tarix öyrənərkən çox da diqqət etmədiyimiz faktlarla zəngin bir kitab idi. Əsər boyunca Ağa Məhəmməd şah Qacarın ağıllı, bilikli bir hökmdar olduğunu görürük. Lakin düşmənləri tərəfindən hər zaman onun mənfi cəhətləri qabardılır və bununla da müsbət cəhətləri kölgədə qalır. Hal-hazırda da onun dövləti birləşdirmək uğrunda apardığı mübarizədən yox, etdiyi zalımlıqlardan daha çox danışılır. Amma əsərin müəllifinin də dediyi kimi: "Ağa Məhəmməd şah Qacarın rəhmsizliyi o zamanın rəsminə görə olub, ondan kənara çıxmırdı. Baş kəsmək, kor etmək və qarın cırmaq kimi cəzalar adi tədbirlər idi".
Xacə Şah
8.5/10
· 5 okunma
OKUYACAKLARIMA EKLE
5
Babazade Shahla
Yeşilin Kızı Anne 2'i inceledi.
400 syf.
·
6 günde
·
Beğendi
·
10/10 puan
Bu kitabda 16-17 yaşındakı Anni ilə qarşılaşırıq. Daha az danışsa da, yenə də bir-birindən gözəl xəyallar qurur, yenə də təbiəti, çiçəkləri çox sevir. Əsərdə Anni Avonli məktəbində müəllim kimi fəaliyyətə başlayır və 2 il ərzində bütün şagirdləri tərəfindən çox sevilir. Kitabı, təbii ki, çox sevdim. Əsəri gülümsəmədən oxumaq mümkün olmur, insanı başqa bir dünyaya aparır.
Yeşilin Kızı Anne 2
OKUYACAKLARIMA EKLE
14
Babazade Shahla
Zacharius Usta'yı inceledi.
56 syf.
·
1 günde
·
Beğendi
·
9/10 puan
Əsərdə bir saat ustasının son günlərindən bəhs olunur. Bu saat ustası kəşfləri ilə saat istehsalında yeni bir dövrün başlanğıcını qoyur. Lakin bunun nəticəsində həddindən artıq özündənrazı olur, hətta özünü Tanrı ilə bir tutmağa başlayır. Saatlarının canlı olduğunu, özünün zamanı yaratdığını deyir. Lakin "Kim Tanrıya bərabər olmağa çalışarsa, əbədi olaraq lənətlənər"... Maraqlı, düşündürücü bir əsər idi. Bəzən sanki Zweig kitabı oxuyurammış kimi hiss edirdim.
Zacharius Usta
7.4/10
· 9,5bin okunma
OKUYACAKLARIMA EKLE
6
Babazade Shahla
Doktor Ox’un Deneyi'yi inceledi.
72 syf.
·
1 günde
·
Beğendi
·
9/10 puan
Kitabda hadisələr adı heç bir xəritədə göstərilməyən Qugendon şəhərində cərəyan edir. Bu şəhərin insanları çox sakit, astagəl, "nəbzləri dəqiqədə 50, ən çoxu 52 dəfə vuran" insanlardır. Onlar heç vaxt özlərindən çıxmır, əsəbiləşmir, həyəcanlanmırlar. Bu əsrlərdir ki, belə davam edir. Lakin bir gün hər şey dəyişir. Bir neçə ildir ki, şəhərdə yaşayan Doktor Ox insanlar üzərində təcrübə aparmağa başlayır. Olanlar da bundan sonra olur... Hər şeyin, hətta oksigenin də çoxunun zərər olduğu göstərilirdi kitabda. Nizami Gəncəvinin də dediyi kimi: Bir inci saflığı varsa da, suda, Artıq içiləndə dərd verir o da. İllər əvvəl Jül Vernin bir neçə əsərini oxumuşdum. Hər biri bir-birindən maraqlı idi. Bu kitabını da çox bəyəndim
Doktor Ox’un Deneyi
7.3/10
· 9,3bin okunma
OKUYACAKLARIMA EKLE
15
Babazade Shahla
İnsan Neyle Yaşar?'ı inceledi.
96 syf.
·
1 günde
·
Beğendi
·
10/10 puan
Əsər Tolstoyun 6 möhtəşəm hekayəsindən ibarətdir: "İnsan neyle yaşar?", "Kıvılcımı söndürmeyen ateşi zapt edemez", "Mum", "Kızlar büyüklerden akıllıymış", "İnsana çok toprak gerekir mi?", "İlyas". Hekayələrin hər birini bəyəndim. Lakin kitaba adını verən "İnsan neyle yaşar?" hekayəsi daha maraqlı idi.
İnsan Neyle Yaşar?
8.5/10
· 105,7bin okunma
OKUYACAKLARIMA EKLE
6
Babazade Shahla
BÜYÜK SELÇUKLU TARİHİ'yi inceledi.
221 syf.
·
11 günde
·
Beğendi
·
9/10 puan
Kitabda Səlcuqlu dövlətinin formalaşmasından süqutuna qədər baş verən hadisələr çox anlaşıqlı bir şəkildə verilib. Müxtəlif şahzadələrin rəhbərlik etdiyi məlikliklər, türk qulamların rəhbərlik etdiyi atabəyliklər haqqında da geniş məlumat verilib. Zövq alaraq oxudum. Səlcuqlu dövlətinə olan marağımı nəzərə alsaq, kitabı çox bəyəndim.
BÜYÜK SELÇUKLU TARİHİ
OKUYACAKLARIMA EKLE
11
Babazade Shahla
Siyasetname'yi inceledi.
365 syf.
·
10 günde
·
Beğendi
·
9/10 puan
Əsər Səlcuqlu sultanı Məlikşahın dövlət adamlarına bir siyasətnamə yazmaları əmrini verməsi nəticəsində ərsəyə gəlmişdir. Digər adı "Siyasətül-müluk"dur. Əsər dövlət idarəsinə dair nəsihətlərdən, müxtəlif dövrlərə aid hekayətlərdən, hədislərdən, batinilərlə əlaqələr tarixi məlumatlardan ibarətdir. Əsərdəki bütün hekayə və hədislərin doğruluğuna şübhə ilə baxılsa da, mətnlər mövzunun məğzinə tamamilə uyğunlaşdırıb. Kitab 1092-ci ildə Nizamülmülk Bağdada yola düşməzdən əvvəl tamamlanıb. Müəllifin əsərin sonunda göstərdiyinə görə, bu kitab müqəddimə xarakteri daşıyır və silsilənin I cildi imiş. Lakin Nizamülmülkün Bağdadda qətlə yetirilməsi əsərin davamının yazılmasına mane olur. Maraqlı, biliklərlə zəngin bir kitab idi. Kitabı oxuduğumuz zaman Sasani, Ərəb, Qəznəvi, Səlcuqlu dövlət quruluşu ilə tanış oluruq. Bundan əlavə, tarixdəki müxtəlif üsyanlar haqqında da maraqlı məlumatlar almaq mümkündür.
Siyasetname
8.4/10
· 1.881 okunma
OKUYACAKLARIMA EKLE
11