Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Miss Hacker

323 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Diqqət! Bol spoiler var!
Mən bu kitabda bir insanın eniş və yoxuşlardan necə sürətlə keçdiyinə şahid oldum. Bir yol nə qədər sürətlidirsə, o qədər də çətin ola bilər. "Elcernon üçün çiçəklər" kitabının qəhrəmanı Çarli də bu yolları bəzən sevinc, bəzən isə, kədərin müşayiəti ilə keçməli olur. Əməliyyatdan əvvəlki Çarli əqli cəhətdən zəifliyi olmağına baxmayaraq, gülərüz və bir o qədər mehribandır. O, insanların onu sevməsini istəyir, buna görə də, başqaları kimi olmağa razılıq verir. Əməliyyatı uğurlu keçən Çarli öz keçmişini xatırlamağa və insanların ona qarşı olan münasibətini dərk etməyə başlayır. Həmişə dostları güldükcə sevinir, insanların onu sevdiyini düşünürdü. Sən demə, gülmək həmişə yaxşı deyilmiş. Çarlinin əqli inkişaf etdikcə, bu gülüşlərin səbəbini anlayır və onlardan narahat olmağa başlayır. Artıq onun dostları uzaqlaşıb, yanında yoxdurlar. Halbuki, dostlarının onu ağıllandıqdan sonra daha çox sevəcəyini düşünürdü. Bir müddətdən sonra Çarlini acı bir həqiqət- ağlı nə qədər sürətlə inkişaf edibsə, bir o qədər tez müddətdə geriləməyə başlacağı fikri qarşılayır və təbii ki, bu baş verir. Keçmiş həyatına geri qayıdanda, əvvəllər onu məsxərəyə qoyan dostları artıq Çarlini qorumağa başlayıblar. Əlbəttə ki, böyük dahi Çarli Qordonun bu vəziyyətə düşməyinə onların yazığı gəlib. Çarlinin isə, hələlik bunu anlayacaq qədər əqli var... P.S. "Əyər sənə gülməyə icazə verirsənsə çoxlu dosdun olacaq."- Çarli Qordon P.S.İnsanlar mərhəmət deyil, sevgi istəyirlər..
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes · Qanun Nəşriyyatı · 015,2bin okunma
Reklam
323 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Elcernon Üçün Çiçəklər
Elcernon Üçün ÇiçəklərDaniel Keyes
8.9/10 · 15,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
"İstisna"nı əqli spektrin hər iki ucuna aid etmək olar, ona görə də mən bütün ömrüm boyu "istisna" olmuşam.
Sayfa 167Kitabı okudu
Sözdən heç kəs onun mənasını başa düşməyənə qədər istifadə et.
Sayfa 167Kitabı okudu
Reklam
Hər gün özüm haqda yeni nəsə öyrənəcəyəm və balaca ləpədən başlayan xatirələr məni on ballıq dalğalarla qamçılayacaq.
Sayfa 159Kitabı okudu
Əvvəllər onlar mənim kobudluğuma və kütlüyümə, indisə ağlıma və biliyimə nifrət edirdilər. İlahi, axı bunlar məndən nə istəyirlər?
Sayfa 121Kitabı okudu
Mən pis heç nə demək istəmirəm, ancaq alimlər BUNUN nə demək olduğunu bilmirlərsə, NƏ QƏDƏR olduğunu necə müəyyənləşdirirlər?
...yenə hamı başını buladı, amma bu dəfə onun qələbəsinə heyranlıqla.
27,8bin öğeden 27,6bin ile 27,6bin arasındakiler gösteriliyor.