Samir Poladov

Samir Poladov
@Carpediem__book
Nəqliyyat
Master
Bakı
Ağdam, 1 Mayıs 1999
25 okur puanı
Ekim 2023 tarihinde katıldı

Samir Poladov

, bir kitap okudu
6/10
·264 syf.·
2026 11. kitabı
Louis Sachar
8.5/10 · 324 okunma
Evə qayıtmağın yolunu axtaran evdən qaçan gənclik
Uşaq olanda hər kəsin içindən bir dəfə də olsa evdən qaçmaq, azad – valideynsiz, daha hür yaşamaq istəyi keçir. Hər an evdən qaçmağın yollarını axtarırsan. Bunun çarəsini ya iş tapıb ailəndən uzaqda öz həyatını qurmaqda görürsən, ya da təhsil donu geyindirib fərqli bölgələrə, ölkələrə üz tutursan. Elə düşünürsən ki, bununla daha hür yaşayacaq, heç kimin sənə qarışa bilmədiyi bir “cənnətə” çatacaqsan – valideynsiz bir həyata. Zaman keçir və yaşının üzərinə yaş gəldikcə bu dəfə evə qayıtmağın yollarını axtarırsan. Və anlayırsan ki, evə qayıtmağın yolları artıq mümkünsüzdür. Nə sən əvvəlki kimi qayıda bilirsən, nə də qayıdanda hər şey qoyub getdiyin kimi olur. Kitabın əsas məğzi məhz buradan başlayır. Amma tək bununla bitmir. Əsər müəyyən qədər avtobioqrafikdir və müəllifin həyatının həmin illəri Çili-də baş verən diktatura rejimi ilə, həmçinin bu bədbəxtliyin ardınca canlar alan ana təbiətin amansız zəlzələsi ilə paralel şəkildə təqdim olunur. Kitab həm dramdır, həm siyasətdir, həm də evə qayıtmağın yollarını axtaran içimizdəki “biz”lərə səslənən dərin bir hekayədir
Evə Qayıtmağın Yolları
Evə Qayıtmağın Yolları
Soyuqlar içində bir cəhənnəm
Soyuq Cəhənnəm… Adına baxan kimi insanın ruhuna bir təzad çökür. Axı cəhənnəm nə vaxtdan soyuq olub? Biz onu həmişə alovun, közün, yandıran istinin məkanı kimi təsəvvür etmişik. Amma bu kitab həmin təsəvvürü sındırır — insanın içini donduran, ümidini donduran, həyatı donduran bir cəhənnəmlə üz-üzə qoyur səni. Bu hekayə sadəcə bir xəstəlikdən bəhs etmir… Bu, tədricən yox olan bədənlərin, gecikən ölümün, tərk edilmiş insanların, divarlara hopmuş səssiz fəryadların hekayəsidir. Cüzam — sadəcə bədəni deyil, insanın taleyini də çürüdən bir yazıdır sanki. İnsan yaşayır, amma yaşadığını hiss etmir. Gözləyir… sadəcə gözləyir. Ölümü. Qurtuluşu. Sükutu. Həsənin dünyası bir anda qaralır — sevdiyi qadın, bacısı, xəyalları… hamısı o soyuq divarların arxasına çəkilir. Ümid yerini boşluğa, sevinc yerini səssiz ağrıya buraxır. Və sanki bu yetmirmiş kimi, həmin divarların arasında qətllər başlayır… hər biri sirr, hər biri qorxu, hər biri susqunluğun içində gizlənmiş həqiqət. Bu qaranlığın içində Loğman iz axtarır — cinayətin, taleyin, bəlkə də insanın öz içində gizlətdiyi qaranlığın izini… Bu kitab sadəcə oxunmur — hiss olunur. İnsanın içində soyuq bir boşluq kimi qalır. Sevdiklərinizin qədrini onları sizdən almamışdan əvvəl bilin — onları doyunca qucaqlayın, baxın, danışın… çünki bəlkə də sabah ürəyiniz parçalanacaq qədər darıxsanız belə, həmin insan artıq həyatda olmayacaq. Bu həyatı doya-doya yaşayın… çünki o sizə verilmiş ən böyük xoşbəxtlikdir.
Edebiyat
Uçmaq istəyirsənsə qartallarla birlikdə olmalısan
Unutmayın, toyuqlara qoşulub eyni zamanda qartallarla uçmaq olmaz
Sayfa 142 - Qanun·Kitabı okudu
Ekonomi