Ey bu gecənin sahibi, nəfəsimi sənin ixtiyarına verdim, üzümü sənə çevirdim, bütün işlərimi sənə həvalə elədim! Səndən başqa sığınacaq bir kimsəm yoxdu. Sevdiklərimi qoru, bizə sabah sağ-salamat oyanmağı nəsib elə! Düşmənlərimizin gözlərinə qaranlıq, dostlarımızın ömrünə işıq sal!
İndi gur işıqların altındakı cərrahiyyə stoluna huşsuz uzadılmış bu altmış yaşlı kişi də şübhəsiz, özünü insanpərvər hesab eləyirdi. Yəqin ki, mehriban ata, qayğıkeş ər idi. Ancaq kabinetə girən kimi "heç cür mümkün deyil", "bəs onda necə olar" kimi ibarələrin arxasında gizlənən zülmkara çevrilirdi.
Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki, şəklin həmişə ora düşsün, Joan. Onun tufanı var, fırtınası var... Onda gəmilər, şəhərlər qərq olur, ilbizlər, qızıl küpələri, mirvarilər batır.
Hərbi zavodları ona görə tikirlər ki, sülh istəyirlər. Həbs düşərgələrini ona görə yaradırlar ki, həqiqəti sevirlər. Ədalət də siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların gurultulu şüarıdır.