Astagəl Tomas

Astagəl Tomas
@Cengo99
129 okur puanı
Mart 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
9/10
·484 syf.··
Beğendi
·
2025 56. kitabı
·
6 günde okudu
·
Okunma: 27 Temmuz 2025 22:38
Bu dəfə kitab haqqında maraqlı məlumatları bölüşmək istəyirəm. 1. Drakula real şəxsiyyətə əsaslanır: Kitabdakı Qraf Drakula obrazı, XV əsrdə yaşamış Vlad Tepeş adlı Valaxiya şahzadəsindən ilham alınıb. Onun qəddarlığı və düşmənlərinə qarşı amansızlığı Bram Stokerə ilham verib. 2. Əsər məktub və gündəlik formatındadır: Bu roman ənənəvi şəkildə yazılmayıb. Müxtəlif qəhrəmanların yazdığı gündəliklər, məktublar, qəzet parçaları və teleqraflar vasitəsilə hadisələr tədricən açılır. Bu, oxucuda "hər şeyi öz gözlərinlə oxuyurmuşsan" hissi yaradır. Mən də bu tərzdə yazılan kitabları dəhşət çox sevirəm. Fərqli zövq verir. 3. Drakula ilk vampir deyildi: Bu əsər ilk vampir romanı olmasa da, vampir janrını populyarlaşdıran başlıca əsər sayılır. Ondan əvvəl də vampir obrazları vardı, lakin Drakula bu obrazı "əfsanələşdirdi". 4. Əsərin adı əvvəlcə “The Undead” olacaqdı: Bram Stoker ilkin olaraq romanına "The Undead" ("Ölməmişlər") adını vermək istəyib. Amma son anda “Drakula” adını seçib və çox düzgün qərar verib. 5. Bram Stoker heç vaxt Transilvaniyada olmayıb: Kitab Transilvaniyada başlasa da, Stoker heç vaxt orada olmayıb. O, bu bölgə haqqında Britaniya kitabxanalarından topladığı məlumatlarla yazıb. Ancaq təsvirlər o qədər canlıdır ki, sanki orada doğulub. Klassiklər niyə klassikdir? Çünki illər keçsə də, dişini hələ də bizə keçirə bilir...
DrakulaBram Stoker · Teas Press Nəşriyyatı · 20256,3bin okunma
Astagəl Tomas
Möhtəşəm şərh👍
Reklam
9/10
·247 syf.··
Beğendi
·
2025 13. kitabı
Əslində məndə olan kitabda 3 əsəri bir yerə yığılıb. Birinci əsəri oxuyub bitirdim. O biriləri də oxuyacam. Çox əla bir əsər olmasa da o dövrü təsəvvür eləmək, həmin təfəkkürlə tanış olmaq üçün yaxşı əsərdir.
Mənim Analı DünyamCəmil Əlibəyov · 19727 okunma
Astagəl Tomas
Bir sözlə, möhtəşəm əsərdi👍
Bəzən insan bahar buludu kimi dolsa da, ağlaya bilmir, amma qəlbini sel basdığını, içində zəlzələ, qiyamət olduğunu hiss eləyir.
Sayfa 588·Kitabı okudu
Tarih
Əliyeva Günay isimli okura yanıt verildi
Astagəl Tomas
😀