Jack London'un 1 əsr öncədən yayımlanan və hal hazırda yaşadığımız dünya ilə bənzəri olan reallıqların mənə oyandığım yuxunun hələ də davam etməsi kimi gəlir.
Vəba dedikdə beynimizdə qorxunc xəstəlikləri yaradacaq düşüncələr formalaşar. Bəs Qızıl Vəba nədir? Qəfildən yaranmasına səbəb olacaq nə baş vermişdi? İnsanlığın sonunu gətirəcək, yaşam uğrunda mübarizəyə meyl etdirəcək zaman diliminin gəlişi elə təbiət hadisələri kimi gözlənilməz olmuşdu.
Kitabın baş qəhrəmanı olan Professor Smith məhs bu virusun başlanğıcını və sonunu görmüş biri olaraq nəvələrinin təkidi üzərinə kədərli xatirələrinin canlanmasına əngəl ola bilməmişdi. Əbəs yerə deyilmir, "güclü bir yaddaş, ağır bir cezadır".
Bir neçə saat ərzində insan cismini məhv edəcək şəkildə yayılmağa davam edən vəbanın azılı qatil rolunu oynarkən mərhəmətdən yoxsul olduğunu nümayiş edirdi. Professor Smith'in bu vebaya yoluxmadan sağ qalmasını özlüyündə bir möcüzə yaxud sevdiyi insanların ölümünə tanıq olacaq dərəcədə cəza kimi görmüşdür.
İnsan nüfusunun sayı azaldıqca mühitinin də bir öncəki ilə tərs münasibət şəkildə təbəqələşmiş adamlar arasında yalan, acgözlük vəhşiliyə yer edəcəkdir.