Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
Reallıq nədir?
9/10
·303 syf.··
Beğendi
·
2026 3. kitabı
·
31 günde okudu
·
Okunma: 05 Mayıs 2026 23:09
Sonra nə oldu? “Sarı üz”ü oxuduqca ən çox verdiyim sual bu oldu. Müsbət rəyim: Kitabda yazıçılıq, yaradıcılıqdan çox tələbə çevrilən sistem, çox satan kitabların seçimi, nəşriyyat dünyasının arxa pərdəsinə dair bilmədiyimiz bütün reallıqlar çox detallı əks olunub. Belə ki, oxuduqca içdən-içə həm də pis olurdum… Günümüzün sosial media “linç”ləri o qədər canlı təsəvvür edilib ki, mənə yazılmış qədər yerdən-yerə vuruldum… Baş rol Juniperin öz içində qurduğu məhkəmə başdan sona bizi tərk etmir. Buna görə bəzən onu günahkar görürsən, bəzən də onu məcbur edən sistemi… Kitabda irqçilik də bəzəksiz, olduğu kimi ələ alınıb və yazıçı sanki qərarı özümüz verək deyə bizə suallar verir. Ümumi olaraq kitabdan bilmədiyim çox yeni şeylər öyrəndim. Ötürdüyü hisslər də çox real idi. Mənfi rəyim: Müasir yazıçılıq sanki fərqli üslubdadır. Yəni əgər sənin mövzun müasir problemləri ələ alırsa artıq kitabın çox satan olur. Onun nə qədər yaxşı yazıldığının bir önəmi qalmır. Altını xəttlədiyim ifadə, üstündə uzun düşündüyüm mənalar, bir ağırlıq artıq yoxdur. Sadə, düz, açıq. Başda kitab mənə çox söz yığını kimi gəldi. Baş rolun bütüünn düşüncələri uzun-uzadı qeyd olunub. Sanki kitabın “draft” versiyasını nəşr ediblər. Sonlara doğru məqsədin elə bu olduğunu anlayırsan.
Edebiyat
Sarı YüzR. F. Kuang · İthaki Yayınları · 202513,1bin okunma
Kahve Soğumadan Önce
10/10
·200 syf.··
Beğendi
·
2025 4. kitabı
·
43 günde okudu
·
Okunma: 27 Aralık 2025 22:19
Sadə, yormayan, təsirli və yaddaqalan… Bu roman 4 fərqli insanın hekayəsini ələ alır. Onların keçmişə qayıtmağının ortaq cəhəti əslində bizə də çox tanışdır: peşman olduğumuz qərarlar, addımlar, demədiyimiz sözlər…Burada keçmişə qayıdanlar bugünü dəyişdirə bilməz. Bəs onda bunun bir mənası qalırmı? Kitabın əsas təsirli tərəfi də, bu suala cavab tapmaqdır… İlk oxuduğum hekayə diqqətimi çəkməsə də, digər üç hekayə mənə çox təsir etdi. Ən bəyəndiyim hissəsi sadə, yormayan və ağırlaşmayan dildə yazılmasına baxmayaraq, obrazların hisslərini, hekayələrini çox yaxından duya bilirsən. Burada zamanda səyahət fantastik fikir kimi diqqəti pozmur, əksinə fərqli ümid yaradır. İlk başda aşina olmadığım yapon adları məni çaşdırsa da, yaxşı ki bütün hekayələrdə eyni insanlar yer alır. Mən bu kitabı çox sevdim və oxumaqdan zövq aldım. Siz də çox yormayan amma ağlınızda qalan kitab istəyirsizsə mütləq OXUYUN
Hayat ve İnsan
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 202110bin okunma
Kiçik amma böyük
10/10
·144 syf.··
Beğendi
·
2025 3. kitabı
·
63 günde okudu
·
Okunma: 15 Kasım 2025 22:40
Kitabı oxuduğum müddətdə yazıçının ölüm xəbərini aldım və daha sonra kitabı oxumaq daha ağır gəlməyə başladı. Baek Sehee’nin mübarizə apardığı mövzular bu gün çox insanın həyatında yer alan dərinliklərdir. O, yaşadığı travmalar, depressiya, daxili boşluq və özü ilə apardığı mübarizəni qələmə alıb bölüşməklə ilk növbədə bunu yaşayanlara “tək deyilsiz” mesajını verdi. Onun açıq ifadələri sanki digərlərinin dilə gətirə bilmədiyi düşüncələr və hisslər oldu. O, özü də kitabın ən başında tək olma qorxusunu yaşadığını bildirmişdi. Məncə kitabın sevilmə səbəbi ən çox bu oldu. “It was like a light was shining into the darkness of other life.” Digər tərəfdən isə psixiatr dəyərləndirməsi, cavabları, yanaşması gözlədiyim kimi olmadı. Mütəxəssisin klinik analizləri sadə, səthi və bir o qədər də soyuq idi. Özü də bunun fərqində olduğunu kitab hazır olanda bildirib. But Baek’in 10 il psixiatr dəstəyi aldığını nəzərə alsaq tənqid belə etmək olar psixiatrı. Kitabda yaşamağın kiçik amma əhəmiyyətli parçalarda olduğunun vurğulanması da (məsələn tteokbokki) gözümdən qaçmadı. Baek Se-heeBaek Se-hee
Psikoloji
Ölmek İstiyorum ama Tteokbokki de Yemek İstiyorumBaek Se-hee · Nova Kitap · 20248,4bin okunma
Modern literature
Puan vermedi
Eyni evdən, eyni başlanğıcdan çıxan, fərqli dünyalarda yaşayan iki qadının hekayəsi. Hekayə əkiz bacıların həyat yollarını ayıraraq nəsillər boyunca kimlik, mənsubiyyət və azadlıq anlayışlarını dəyişməsini ələ alır. Roman rəng və görünüş üzərindən qurulan sosial bərabərsizliyi sadə amma təsirli dillə izah edir. Kimlər üçün maraqlıdır? * Dərin hekayələri, sosial mövzuları və ailə dramlarını oxumağı sevənlər; * Özünü tapmaq, kimliyini anlamaq mövzularına marağı olanlar. P.s. Kitabda bəzən hadisələrin sürətli dəyişimi və personajlar arasında keçidlər qarışıq görünə bilər. Nəticə: ️️️️ (4/5) Brit BennettBrit Bennett
Edebiyat
Kayıp YarımBrit Bennett · İthaki Yayınları · 202528 okunma
Kitablar qadağan olsa, hansını gizlədərdin?
Puan vermedi·
İnsan həqiqətən xoşbəxtdirmi, yoxsa sadəcə düşünmədiyi üçün özünü xoşbəxt sanır “Fahrenheit 451” kitab kağızının alışdığı temperaturdur. Bu əsərdə yazıçı məlumatın və biliklərin yandırılması, yəni zehni azadlığın məhv edilməsini ələ alır. Bu dünyada kitablar yandırılır və hər şey “xoşbəxtlik” adı altında kontrol edilir. Bəzən kitabları yandırmaqdan daha təhlükəlisi isə onları oxumamaqdır…
Edebiyat
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,2bin okunma