Bu kitabı son iş yerimdə işlədiyim zaman oxuyurdum. Amma elə oldu ki orda işlədiyim zaman nadirən üzünü açırdım, amma çıxandan sonra bir neçə günə oxuyub bitirdim. Çox möhtəşəm bir kitabdı. Kitabda bəhs edilən hadisələr və qalan hər şey günümüz iş həyatı və kapitalizmə çox uyğundur. Kitabdakı xarakterləri iş yerimdəki insanlarla uyğunlaşdırırdım. Necə deyərlər çığır açan bir kitab. George Orwellin 1984 kitabı da var mən də. Onu başlayıb yarıda qoymuşam. Bu kitabdan sonra ona yenidən başlayacam.