Yaşadığımız ölkədə qan-tər tökərək halal qəpik-quruş əldə etmək yolları ilə bərabər,haram pul qazanmaq üsullarının da uzun bir siyahısı var. Zərərli məhsul istehsal edərək millətə sırımaq, sağlam adamda "xəstəlik" tapmaq, məsum gözlərini sənə zilləyərək səndən ümid gözləyən şagirdini soymaq, televiziya kanalları bə sosial şəbəkələrdə xalqın mənəviyyatını öldürmək, oğurluq, dələduzluq, rüşvət, yaltaqlıq, təhdid,şantaj,kişi fahişəliyi,namusu sayılan qadının bədənini yad kişiyə satmaq və daha nələr. Bunlar həmin çirkin siyahının, sadəcə kiçik bir hissəsi idi...