-Nə oldu?
- Heç nə.
-Heç nə?- Mark alnını qırışdırıb ona baxdı.-Qadınların dilini başa düşdüyümü iddia edə bilmərəm, ancaq bir qadın "heç nə" deyirsə mütləq dilinin ucunda bir şey var
Necə qorxuludur, İlahi! Millət, bura baxın! Buralarda bir zombi gəzir!
O biri uşaqlarda qaçıb gəldilər və torun arxasından adamı əla salmağa başladılar:-Ey zombi! Qəbiristan bu tərəfdə deyil! Hər halda, ventilyatorla öpüşmüsən, eybəcər! Necə də çirkinsən!
Mark təhsil illərini, ixtisas müəllimlərindən birini xatırladı. O deyirdi ki, yaxşı psixiatrın ən vacib aləti yalnız əhatəli psixoloji məlumat deyil, düzgün diaqnoz qoya bilmək üçün həm də yaxşı müşahidə bacarığıdır. “Çünki əldə etdiyimiz ilk səthi təəssüratın çox vaxt bizi yanıltmasına imkan veririk. Halbuki ən vacib məsələ böyük müstəvini yaradan çoxsaylı kiçik detallardır”, – deyə müəllimi izahat vermişdi.
"Halbuki çirkinliyin, insanların uzaq qaçmasının və gizlicə ikrahla süzülməyin insanda necə bir duyğu yaratdığını ən yaxşı sən bilməlisən", - deyə içindən keçirdi.
Bir sözlə qadın çirkin idi. Eynilə adam kimi. Ancaq gözləri gözəl idi- parlaq, mavi və diqqət çəkən. Amma qadın baxışlarını adamdan dərhal çəkdi. Adam buna alışmışdı...