Eldar Əfəndiyev

Eldar Əfəndiyev
@F_ndiyevE
Həkim-Rezident
Azərbaycan Tibb Universiteti
Deggendorf, Almaniya
Sumqayıt, 14 Mayıs 2000
50 okur puanı
Ocak 2023 tarihinde katıldı
Cavabını tapmağa çalışıb tapmadığımız suallar
10/10
·202 syf.··
Beğendi
·
2025 9. kitabı
·
7 günde okudu
·
Okunma: 31 Ağustos 2025 00:46
Genki Kawamura
Genki Kawamura
If Cats Disappeared From The World
If Cats Disappeared From The World
İnsana aid olanlar nə dərəcədə onundur; öz növbəsində bizə nə qədər təsir edirlər və sahib olduqlarımızın nə qədərini itirdikdə geriyə artıq bir Mən qalmır? Dünyada nə qədər yer tuturuq, başqaları üçün nə qədər vacibik və tərəzinin digər gözündə bütün digər hər şey asıldıqda bizim nə qədər dəyərimiz qalır? Sevdiklərimizlə keçirdiyimiz vaxt nə zamansa kifayət edəcəkmi; nə vaxtdan sonra artıq kimin iləsə kifayət qədər vaxt keçirmiş oluruq; kiminsə dəyərini bilmək üçün mütləqmi onu itirməliyik? Etmək, olmaq, bilmək, görmək istədiyimiz hər şey üçün kifayət qədər zamanımız varmı; bunların nə qədərini etməyə, olmağa, bilməyə və görməyə həqiqətən ehtiyacımız var? Başqaları (dostlarımız, sevdiklərimiz, ailəmiz, heyvanlarımız) üçün özümüzdən nə qədər pay versək, kifayət edər?
If Cats Disappeared From The WorldGenki Kawamura · Picador Publishing · 20192,289 okunma
Kitabı heç vaxt üz qapağına görə alma.
4/10
·140 syf.··
2024 8. kitabı
·
10 günde okudu
·
Okunma: 21 Nisan 2024 00:21
Yaxşı ki, kitabı endirimlə 5 €-ya almışdım, yoxsa puluma yazığım gələrdi. Kitabla bağlı yaxşı tək cəhət: hekayənin mərkəzində real, hamımızın tanıya / gələcəkdə çevrilə biləcəyi, hər kəs tərəfindən unudulmuş, həyatda uğurlarından çox peşmançılığı olan, yalnız bir qoca kişi dayanır, hansı ki ömrünün qürub çağında bir dəfə də geriyə boylanır. Bəyənmədiyim: 1. Bu qoca kişinin həyatda payına düşən bədbəxtliklərin böyük hissəsinə layiq olmasına rəğmən yenə də gedişatda ona bəraət qazandırılması, halbuki o sevgidən yoxsun, eqoist, qəddar və cılız mərdiməzarın biridir. 2. Yazıçının qəhrəmanının dilindən özünün seksist, nasist, rasist, homofob, islamofob fikirlərini səsləndirməsi və bu fikirlərin əsərin gedişatında qətiyyən özünütənqidə məruz qalmadan oxucuya mütləq həqiqətlər kimi təqdim olunması. Ən çox da bəyənmədiyim obrazın real Almaniyada geniş yayılmış prototiplərinin olmasıdır. Onlar aramızdadır və çoxalırlar. Və onlar haqlarında yazılmış şirin bir üz qapağı olan romantik bir romana layiq deyillər. Kitabın üz qapağı və annotasiyası məni çox aldatdı. Ən böyük xəyal qırıqlıqlarımdan biri oldu bu əsər. Yaxşı ki populyar deyil.
Əfvolunmazlar
Herr Jonas Erwartet BesuchRainer Mauelshagen · ‎Books On Demand · 01 okunma
İnsan ruhunu heç nə Heçlik qədər sıxmır.
8/10
·66 syf.··
Beğendi
·
2024 4. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Mart 2024 01:42
Müəllif əsərində bir autistlə PTSD’dən əziyyət çəkən birini qarşı-qarşıya qoyur. Niyəsə autist antoqonist, PTSD’li dostumuz isə protaqonist rolunda çıxış edir. Ümidvaram, bu sadəcə təsadüf nəticəsində belə olub. Şahmat bəhanəsilə nasir travmatik yaşantıların insanda aça biləcəyi dərin yaraları böyük ustalıqla təsvir edir. Bu balaca hekayəsində Zweig nasional-sosializm kimi böyük bir mövzuya da toxunmağı bacarır və şahmatla uzaqdan yaxından əlaqəsi olmayan oxucuda da böyük maraq oyatmağı bacarır.
Travmatik anılar
SchachnovelleStefan Zweig · Karbon Kitaplar · 2017279bin okunma
8/10
·80 syf.··
Beğendi
·
2024 3. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Mart 2024 13:56
Müharibə sonrası Almaniya haqqında yazılmış çox təsirli səhnə əsəri, hansını ki “heç bir teatr səhnələşdirmək və heç bir publikum görmək istəmir”. İstəmir, çünki müəllif amansızca haqlıdır və “həqiqət bütün şəhərdə ad çıxarmış bir fahişə kimidir; hamı onu tanıyır, lakin gündüz vaxtı küçədə onu görmək xoş olmur”. “Çöldə, qapı arxasında” ölüm, ölülər və dirilərin laqeydliyi barədə oxunulmalı olan bir əsərdir.
Ölüm
Drauben Vor Der TürWolfgang Borchert · Nıkol Verlag · 20187,9bin okunma
7/10
·165 syf.··
Beğendi
·
2024 1. kitabı
·
49 günde okudu
·
Okunma: 22 Şubat 2024 17:28
Ən az Werther qədər əzab çəkdim mən də bu balaca kitabı oxuyub qurtarana qədər. Ona görə yox ki, Werther’ə qarşı empatiya qurdum, sadəcə ona görə ki əsər çox sıxıcı idi. Mövzusunun sıradan, hadisələrin axarının olduqca ləng, baş obrazın təbiətən mənə yad olması romanı bu qədər gec oxuyub bitirməyimin səbəbləri oldu. Lakin əsərin bəyəndiyim cəhətləri də var ki, onların hesabına ən azından bütöv bir zaman itkisi olmadı mənim üçün: • Təbiət təsvirlərini və qəhrəmanın öz sevgisi və taleyi barədə olanları istisna etməklə bir çox düşüncələrini çox bəyəndim, az qala hər səhifədə alıntı etmək istədiyim bütöv abzaslar qarşıma çıxırdı, lakin müəllifin dili dövrünün standartlarına uyğun olaraq biraz çox təmtəraqlı və abzaslar çox uzun olduğundan etmədim. • Süjet sonlara doğru xeyli sürətləndi, hansı ki əgər yazıçı bir qədər fərqli üslub və yanaşma seçib bütün əsəri bu formada qələmə alsa idi, bəlkə mənim şəxsən daha çox könlümcə olardı. • Redaksiyanın əlavə etdiyi son sözdən öyrəndiyim qədərilə, Goethe romanında İncildən çox alıntılar edibmiş. Əsərin sonluğunun xristian ənənələri ilə bir araya sığmadığını nəzərə alaraq, finala gətirən yolda bu cür detalların olmuş olmasını retrospektiv olaraq bəyəndim. Ümumən əsərin, deyərdim, ən böyük mənfi cəhəti fikirlərin həddən ziyadə təsvir olunması idi. Oxucunun təsəvvürünə, dərrakəsinə ehtiyac qalmır, yazıçı hər bir ideyasını çeynəyib qarşımıza qoyur və ifrata varır.
Can Sıkıcı
Die Leiden des jungen WertherJohann Wolfgang Von Goethe · Reclam, Ditzingen · 2001149,9bin okunma