Leman Abas

İnan! Fəqət tapdığın ulu Tanrı Sən kəndinsin, deyil o səndən ayrı. Əvət sən o küllün cüz’isin, inan! Əfsus cüz uzaqdır külli sarmaqdan.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
A f ə t. Çünki bən hər qanunun xilafında yaratılmış bir məxluqum. Bənim hər sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Bən düşmanıma məftun olurum, sevgilimi cəllad kibi boğazlarım. Əvət, bən ağlarkən gülərim, gülərkən ağlarım
A l a g ö z (göküs keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də aldadıcı bir sərabdır.
A l a g ö z. Təbii hər kəsdə olduğu kibi, bəndə də gönül var. Bəndə də duyğu var. Fəqət nə çarə ki, şimdilik sevəmiyorum, seviləmiyorum. Şübhə yoq ki, sevsəm seviləcəyimə də əminim; əfsus ki, nə sevmək istiyorum nə də sevilmək; çünki nə bu mümkündür, nə o...
Bən aşiqim, bəlalar var başımda, Durmuş qorqunc uçurumlar qarşımda. Yaralandım, vuruldum gənc yaşımda, Sağalmaz yarası coşqun gönlümün. Cihan cənnət olsa, insanlar mələk, Dağlar inci saçsa, dənizlər çiçək, Güldürsə həp ağlar gözləri fələk, Sağalmaz yarası məhzun gönlümün. Sərxoşum, keçmədim meyxanələrdən, Aqilim, dərs aldım divanələrdən, Dün gecə öyrəndim pərvanələrdən: Sağalmaz yarası məcnun gönlümün. Yer yüzünü sarsa dilbər mələklər, Bənim gözüm yalnız birini bəklər, Əflatunlar gəlsə boşdur əməklər, Sağalmaz yarası vurğun gönlümün