Fidan Ağayeva

Fidan Ağayeva
@Fidan9237
7 okur puanı
Mayıs 2021 tarihinde katıldı

Fidan Ağayeva

, bir kitap okudu
7/10
·455 syf.··
2025 1. kitabı
Khaled Hosseini
9.2/10 · 119,3bin okunma
Min Möhtəşəm Günəş
7/10
·455 syf.··
2025 1. kitabı
Xalid Hüseyninin sayca oxuduğum 2-ci kitabıdır. Yazıçı yaxşı yazır, amma bir daha sınayaram mı, bilmirəm. “Çərpələng uçuran” daha təsirli idi, mənim üçün. Onu oxuyanda yaşadığım əsas 2 emosiya var idi, çarəsizlik və təəccüb. Açığı bu kitabı da oxuyanda o çarəsizliyi hiss etdim, amma təəccüb o qədər də yaşamadım. Çünki əsər, əsasən, məişət zorakılığı zəmnində idi. Elə buna görə də oxuduğum heç nədə təəccüblənmirdim. Çünki, insanların məişət zorakılığında nə qədər vəhşiləşdiyini ( yaxud bu potensialda olduğunu ) bilirəm. Niyə bir də bu yazıçıdan sınamaram? Çarəsizlik var. Hər iki kitabı oxuyanda bir az empatiya qurub oxuyursansa, özünü çıxılmaz vəziyyətdə hiss edirsən. Vəziyyəti düzəltməyə heç bir yol yoxdur və günahsız şəxslər layiq olmadığı həyatları yaşayır. Kitabı oxuyanda gərgin hiss edirdim. Cəmiyyətdəki Məryəmlərə çox üzüldüm. Məryəmin həyatda heç nədə üzünün gülməməyi, ən azından atasının son məktubunu da varsa görməməyi çox üzücü idi. Yazıçı məktubla Məryəmi qarşılaşdırsaydı, oxucu üçün bir az daha rahat olardı bəlkə də. Çünki Məryəm öləndə belə ən az bircə nəfərin bu həyatsa onu sevdiyini, düşündüyünü bilmədən, o dəyərsizlik hissi ilə həyatla vidalaşdı. Yazını yazanda fərqinə vardım, bu qədər bədbəxtliyi yaşamış adama buna səbəb olan şəxsdən gələn bircə kağız parçası, 4 cümlə izah nə yaxşı təsir edərmiş.. Gərgin və çarəsiz hiss etmək istəmirsinizsə, oxumayın)
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Soyuq qış axşamında yol ilə gedirdi. “Yolçu yolunda gərək”. Hərdən soyuqda ünvansız gəzməyi sevir, Bakının küləyi yanağını buz kimi kəsdikcə, fikri dağılırdı. İstədiyi də bu idi. İnsanın fikri ona əziyyət verirsə, fiziki əzab fikrini dağıtmağa kömək edir. Elə məhz buna görə ayazda gəzməyi daha çox sevirdi. Gözləri üşüyür, beyni bədəninin ən çox hansı tərəfinin üşüdüyünə fokuslanmışdı. Artıq düşündüyü müdafiə mexanizmi idi. Əziyyət çəkən bədəni üzərinə düşünmək xoşuna gəlirdi, belə qənaətə gəlmişdi ki, düşünməyi saxlaya bilməz, ancaq nəyi düşünməyi seçə bilərdi. Elə məhz buna görə soyuq havada uzunca gəzməyi sevirdi. Çünki bu ona seçmək imkanı vermişdi
Düşünce
O qədər səhv sevirəm ki insanları, bu bezdirir onları. O qədər tez öyrəşirəm ki, varlıqlarına, deyəsən, məhv edəcək bu ruhumu
Düşünce
Eleonora Ruzveltin dediyi kimi: " Ürəyinizdə doğru bildiyinizə əməl edin. Çünki sizi hər bir vəziyyətdə tənqid edəcəklər. Sizi lənətləyəcəklər, əgər bunu etsəniz də etməsəniz də