Bu kitabı uzun müddətdir ən çox oxunan kitablar siyahısında görüb oxumaq isdəyirdim.Mövzu çox sadədir,hətta bəsit.İşləməyə gedən və birinin əqli qüsurları olduğuna görə heç yerdə daimi qala bilməyən 2 yoldaş.Amma qurduqları xəyal o qədər gözəl idi ki,hətta mən belə xəyallarının gerçəkləşəcəyinə ümid edirdim..Hamımızın belə xəyalları var əslində.Gerçəkləşdirə bilməyəcəyimizi bildiyimiz ama xəyalını qurmaqdan da bezmədiyimiz.Sonda George'nin yol yoldaşına sədaqətsizliyimi deyim,yoxsa öz xəyalları naminə onu qurban etməsimi deyim..Belə sadə süjet xəttinə malik əsərlər həmişə mənə daha çox təsir edir,real həyatdaymış kimi hiss etdirir.Oxumağa dəyər️