Rus Nəsri Antologiyası kitabında rus klassiklərindən 24 müəllifin 29 müxtəlif nəsr əsəri yer alır. Dəyərləndirmələrim aşağıdakı kimidir:
1. Lev Tolstoy — "İlyas" — 8,8
2. Yuri Kazakov — "Palıd
Yapon Ədəbiyyatı Antologiyası kitabında yapon ədəbiyyatının klassik nümunələrindən olan hokkular və 5 müxtəlif müəllifin əsərləri yer alır. Dəyərləndirmələrim aşağıdakı kimidir:
1. Kenzaburo Oe — "Nüvə əsrinin meşə guşənişini" — 7.8
2. Kenzi Maruyama — "Ay üçün ağı" — 7.8
3. Syusaku Endo — "Dəniz və zəhər" — 7.8
4. Yasunari Kavabata — "Təbiət" — 7.4
5. Hokkular — 5.8
6. Akutaqava Rüneske — "General" — 4.4
Kitab üçün ümumi dəyərləndirmə xalım: 6.8
Seçilmiş Əsərləri kitabında Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" poemaları yer alır. "İtirilmiş cənnət" daha geniş, daha çox təsvirli və süjet xətti daha zəngin olan bir əsərdirsə, "Qaytarılmış cənnət" bu perspektivlərdə müəyyən qədər geri qalır. Ümumilikdə hər iki poema üçün dəyərləndirməm aşağıdakı kimidir:
1. "İtirilmiş cənnət" (poema) — 7.0
2. "Qaytarılmış cənnət" (poema) — 5.2
Bu kitab üçün ortalama dəyərləndirməm: 6.1
Seçilmiş ƏsərləriJohn Milton · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20131,438 okunma
Seçilmiş Əsərləri kitabında milliyyətcə yəhudi olan, lakin sonradan fransız təbəəliyini qəbul etmiş yazıçı Andre Moruanın 1 romanı və 14 hekayəsi yer alır. Həmin roman "Yad qadına məktublar"dır və deyərdim ki, XX əsrin 50-ci illərində yazılmasına baxmayaraq, oradakı cümlələr, fikirlər və ideyalar bu günümüz üçün də keçərlidir. Bu əsər ən çox sevdiklərimdən oldu. Həm bu romanın, həm də digər hekayələrin fərdi dəyərləndirməsi aşağıdakı kimidir:
1. "Yad qadına məktublar" (roman) — 9.0
2. "Balzakın günahı ucbatından" (hekayə) — 8.8
3. "Bir karyeranın tarixçəsi" (hekayə) — 7.8
4. "Vəsiyyətnamə" (hekayə) — 7.8
5. "Məşhurluğun yaranması" (hekayə) — 7.6
6. "Çərşənbə gününün bənövşələri" (hekayə) — 7.6
7. "Bioqrafiya" (hekayə) — 7.6
8. "Qızıl pulun qarğışı" (hekayə) — 7.6
9. "Neyi yarmarkası" (hekayə) — 7.4
10. "Kilsə" (hekayə) — 6.8
11. "Love in Exile" (hekayə) — 6.6
12. "Bacım, Ariadna" (hekayə) — 6.4
13. "Mirrina" (hekayə) — 5.6
14. "Axşamın xeyir, gözəlim" (hekayə) — 5.6
15. "Qarışqalar" (hekayə) — 4.8
Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.2
Seçilmiş ƏsərləriAndre Maurois · Şərq-Qərb Nəşriyyatı · 20139 okunma
Seçilmiş Əsərləri kitabında fransız yazıçısı Prosper Merimenin 2 novellası və 4 povesti yer alır. Prosper Merimenin adını ilk dəfə azərbaycanlı rejissor Tofiq Tağızadənin "Mateo Falkone" adlı qısametrajlı filmindən eşitmişdim. Lakin eyniadlı filmin nəsr versiyasını oxuduğum zaman, düzü, bir az təəccübləndim. Povestin konsepti, inkişaf xətti və üslubu maraqlı olsa da, sonluğu çox sıradandır. Həm "Mateo Falkone", həm də kitabda yer alan digər əsərlər üçün dəyərləndirmələrim aşağıdakı kimidir:
1. "Karmen" (povest) — 8.0
2. "Məhəbbət ilahəsi" (povest) — 8.0
3. "Etrusk vazası" (povest) — 7.6
4. "Mateo Falkone" (novella) — 7.4
5. "Tamanqo" (povest) — 7.0
6. "İstehkamın alınması" (novella) — 6.0
Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.3