Fuad Ali

Biz yerdə qalan bütün dünya kasıb olduğu üçün varlı deyilikmi?
Sayfa 96 - Qanun nəşriyyatı·Kitabı okudu
Müxtəlif müsabiqələr düzənləyin, məsələn, kim məşhur mahnıların sözlərini daha yaxşı xatırlayır, kim ştatların bütün əsas şəhərlərinin adlarını çəkə bilər, ya da kim ötən il Ayova ştatında nə qədər buğda yığıldığını bilir. İnsanların beynini rəqəmlərlə doldurun, onları ürəkləri bulananacan zərərsiz faktlarla əhatələyin, eyib eləməz, əvəzində çox savadlı olduqlarını düşünəcəklər. Onlara hətta elə gələcək ki, düşünməyi bacarırlar, irəliyə doğru hərəkət edə bilirlər, hərçənd əslində yerlərində sayırlar.
Sayfa 82 - Qanun nəşriyyatı·Kitabı okudu
Əgər adamın siyasət üzündən kefinin korlanmasını istəmirsənsə, ona məsələnin hər iki tərəfini görməyə imkan vermə. Qoy təkcə bir tərəfini görsün, ən yaxşısı isə heç birini görməməkdir. Qoy dünyada müharibə adlı bir şeyin olduğunu unutsun. Əgər hakimiyyət pisdirsə, heç nədən başı çıxmırsa, xalqı vergilərlə boğursa, bu yenə də xalqın təlaşlanmasından yaxşıdır. Monteq, sakitlik hər şeydən üstündür.
Sayfa 81 - Qanun nəşriyyatı·Kitabı okudu
– Biz, haradasa, min kitab yandırdıq. Biz qadını yandırdıq. – Hə, nə olsun ki?
Sayfa 68 - Qanun nəşriyyatı·Kitabı okudu
– Köpək bizim onun daxilinə qoyduğumuzdan savayı heç nə düşünmür. – Çox heyif, – Monteq astadan dedi. – Çünki biz ona yalnız bir şey kökləyirik: təqib etmək, qamarlamaq, qətlə yetirmək. Ona başqa bir şey öyrədə bilmədiyimiz üçün çox utanıram.
Sayfa 40 - Qanun nəşriyyatı·Kitabı okudu