Göy üzündə durna uçsa
Qərənfillər ətir saçsa
Bütün dünya çiçək olsa
Sənsiz bahar istəmirəm
Dərin sular dayaz olsa
Aylı gecə ayaz olsa
Bütün dünya bəyaz olsa
Ələnsə qar
İstəmirəm
Qibləm mənim sənə sarı
Uzatmışam qollarımı
Sənsiz həyat yollarımı
Duman alar istəmirəm
Neyləyirəm göy çəməni
Sənsiz açan yasəməni
Bütün dünya sevsə məni
Sevməzsə yar
İstəmirəm
İfa/Aygün.