G

Yanılmadım
9/10
·112 syf.··
2023 8. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Kasım 2023 00:00
Ümumiyyətlə kitab oxuduqca həmişə bir sonrakı fraqmentdə nə olacağını düşünüb təxmin etməyə çalışıram. Bəlkə də yeganə kitabdır ki, yanılmadım, düşündüyüm kimi oldu. Sonra da düşündüm ki, mən 27 illik həyatımda nə yaşamış ola bilərəm ki, insanlara olan güvənim bu dərəcədə zədələnsin. Bəlkə də elə bu yaşda bu cür ehtiyyatlı olmaq yaxşıdır, xüsusilə insanlarla münasibətdə...
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0150,8bin okunma
Reklam
4/10
·300 syf.··
2022 22. kitabı
·
268 günde okudu
·
Okunma: 06 Aralık 2022 18:11
Ohh, şükür bitdi... Bu yazarı çox oxumaq istəyirdim, əslində digər, çox məhşur olan əsərindən başlamalı idim, elə oldu ki, ilk "Doqquz hekayəni" oxumağı seçdim. Bilmirəm tərcümədənmi, ya yazarla ilk tanışlıqdanmı, yoxsa problem məndədirmi çin işgəncəsi çəkdim oxuyub bitirənə kimi. "Çovdarlıqda uçurumdan qoruyan" əsəri çox marağımı çəkirdi, oxumaq istəyirdim, indi inanmıram amma cəsarət edib o kitabı oxuyacağıma.
Dokuz ÖyküJ. D. Salinger · Yapı Kredi Yayınları · 20191,370 okunma
Ödül (ceza) yoxsa demokratik aile olmaq?
10/10
·248 syf.··
2022 21. kitabı
·
327 günde okudu
·
Okunma: 03 Aralık 2022 19:17
Uşaqların tərbiyəsində və mən deyərdim ki, hətta ailə tərbiyəsi, məktəblərdə qiymətləndirmə məsələləri və s. mövzularda çox dəyişik fikirlər aşılayan bir kitab. Ənənəvi üsulları darmadağın edir, sizə başqa bir yol göstərir. Bu yol daha asan bir yoldurmu? Xeyir. Hətta daha çətin bir yoldur. Amma daha güvənli bir yoldur, daha etibarlıdır, daha təhlükəsizdir. Hədiyyə verərək iş gördürmə, elə et ki, gələcəyə yetişdirdiyin insan öz məsuliyyətlərini anlasın...Ana fikir budur. Amma buna necə nail olmaq olar? Anlamaq üçün kitabı oxumaq lazım...
Çocuk Gelişimi
Beni Ödülle CezalandırmaÖzgür Bolat · Doğan Kitap · 20248,1bin okunma
9/10
·936 syf.··
2022 12. kitabı
·
36 günde okudu
·
Okunma: 05 Mayıs 2022 09:16
*Oxumadan incələmə :)* Oxumağa başladım :) Hadi xeyirlisi. Çoxdandır oxumaq istədiyim, lakin həcm baxımından gözümü qorxudan bir roman. Dostoyevski zatən mənim üçün anlaşılması çətin bir yazardır, hətta Dostoyevski oxumaq qanun kitablari oxumaq kimi birşeydir deyə bilərəm.
Karamazov KardeşlerFyodor Dostoyevski · iletişim Yayınevi · 201245,2bin okunma
7/10
·368 syf.··
2022 11. kitabı
·
14 günde okudu
·
Okunma: 21 Mart 2022 10:17
İnsana psixoloji cehetden çox derin tesir eden bir eserdir. Xüsusen de bu pandemiya-postpandemiya döneminde daha ağir tesir ede biler. Her defe setirlerden gözümü yayindirib etrafa baxanda teeccublenirdim ki, men görürem )) O derecede tesirlenmişdim. Amma ümumilikde sevdim, yaxşı mesajlar verir insanlığa.
KörlükJosé Saramago · Can Yayınları · 2015131,7bin okunma
Reklam