Mərkəzləşdirilmənin yüksək həddi,sistem müəssisənin elə bir təşkilinə gətirib çıxarır ki,burada individ artıq öz individuallığını itirərək,tez işlənib köhnələn və asanlıqla əvəz olunan bir maşın hissəsinə çevrilir.
Bəs müasir kapitalizmin hansı cür insanlara hədsiz ehtiyacı vardır?
- Əlbəttə ki, asanlıqla və maneəsiz çalışa bilən,daha çox özünü sərf etməyə can atan,zövqləri təsir altına düşüb,asanlıqla hamarlaşan;özünü azad və müstəqil, hansısa hakimiyyət və ya vicdan prinsiplərindən sərbəst hesab edən,lakin bununla bərabər əmr alıb,onlardan gözləniləni icra etmək istəyən, sosial qurğuya uyğunlaşdırılmış, məcburiyyət olmadan idarə olunan,rəhbəri olmadan yönləndirilən, lakin nəyisə şəxsən istehsal etmək, hərəkətdə və fəaliyyətdə olmaq, irəli getmək məqsədləri olmadan çalışmağa təhrik olunan böyük sayda insanlara...