Günay Qasımzadə

Günay Qasımzadə
@Gunay2002
109 okur puanı
Nisan 2023 tarihinde katıldı
Reklam
Ölkə əhalisinin böyük hissəsinin cahil və kobud olmasına dözmək utanmazlıqdır. Mədəniyyət günəşinin işığıyla aydınlanan, gözləri açılan, savadlı insanlar üçün bu vəziyyətə laqeyd qalmaq bağışlanmaz və böyük cinayətdir. Dövlət özünü, yuxarı mərtəbələrində hündür tavanı, geniş pəncərələri olan böyük və işıqlı otaqlardan ibarət, aşağı mərtəbələrində isə, qaranlıq, nəmli, darısqal zirzəmili, demək olar, pəncərəsiz otaqlı hündür qülləyə bənzətməməlidir. Xalq kütlələrinin əsas və başlıca hissəsinin maariflənməməsi dövlətin bağışlanmaz günahıdır: bunun nəticəsində dövlətin öz-özünü qarət etməsi, dağıtması və təhqir etməsi baş verir Snelman deyirdi. Vəhşi halında yaşayan xalqlar haqqında danışılanda, onların məhrumiyyətlər içində yaşadığı, yoxsulluq və səfalətdən öldükləri deyilir, çünki öz torpaqlarının sərvətlərindən istifadə edə bilmirlər. Ən qorxunc vəhşilik, Snelman sözünə davam edirdi, ölkədəki hər bir insanın fiziki, əqli və mənəvi gücündən istifadə edə bilməmək və ya buna çalışmamaqdır.
- Cənablar! - həkim-yazıçı şəhər əhalisinə, siyasətçilərə, elm, incəsənət və mətbuat adamlarına müraciət edirdi. - Siz nə vaxtacan gizlənqaç oynayacaqsınız? Vətənpərvərlikdən, xalqa sevgidən, özünüzün mədəniyyətə xidmətinizdən dəm vurursunuz, ancaq deyin görək, xalq üçün, vətən üçün, mədəniyyət üçün nə edirsiniz? Bəziləriniz xaincəsinə, utanmadan, alçaqcasına, cinayətkarcasına bu "əziz vətəni", "sevimli xalqı çapıb-talayırsınız, sərvətlərini oğurlayırsınız. Bir başqaları dəftərxanalarda və redaksiyalarda avaralanır, məktəb və universitetlərdə məmurluq edirlər... və onların "sevimli xalqına" mənsub olan milyonlarla insan çürüyür, eybəcərləşir, içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır.
Milyonlarla əhali cismani, əqli və əxlaqi baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss etmir, hamılıqla pis qoxuya öyrəşiblər. Alışıblar. Bu iyrəncliyin içində doğmalaşıblar. Hamılıqla, elə belə də olmalı imiş kimi düşünürlər. Beləmi olmalıdır? Milyonlarla insan vəhşi və beyini kütləşdirən yoxsulluq mühitində doğulur, yaşayır və ölür. Milyonlarla anadangəlmə istedadlı insan bütün həyatını heyvan küt beyinliyi içində yaşamalı olur. Bu beləmi olmalıdır? Sizin milyonlarla qardaşınız mənəvi baxımdan kobud, amansız və axmaq ehtirasların düşkünüdür. Sizcə, budamı belə olmalıdır? Bütün bu yüzlərlə "beləmi olmalıdır?" sualı doğuran iyrəncliklər və cinayətlər üçün utanmırsınızmı? Bu ictimai kütbeyinlik və laqeydlikdəmi "belə olmalıdır?"
Reklam