Günay Qasımzadə

Günay Qasımzadə
@Gunay2002
109 okur puanı
Nisan 2023 tarihinde katıldı
- Cənablar! - həkim-yazıçı şəhər əhalisinə, siyasətçilərə, elm, incəsənət və mətbuat adamlarına müraciət edirdi. - Siz nə vaxtacan gizlənqaç oynayacaqsınız? Vətənpərvərlikdən, xalqa sevgidən, özünüzün mədəniyyətə xidmətinizdən dəm vurursunuz, ancaq deyin görək, xalq üçün, vətən üçün, mədəniyyət üçün nə edirsiniz? Bəziləriniz xaincəsinə, utanmadan, alçaqcasına, cinayətkarcasına bu "əziz vətəni", "sevimli xalqı çapıb-talayırsınız, sərvətlərini oğurlayırsınız. Bir başqaları dəftərxanalarda və redaksiyalarda avaralanır, məktəb və universitetlərdə məmurluq edirlər... və onların "sevimli xalqına" mənsub olan milyonlarla insan çürüyür, eybəcərləşir, içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır.
Milyonlarla əhali cismani, əqli və əxlaqi baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss etmir, hamılıqla pis qoxuya öyrəşiblər. Alışıblar. Bu iyrəncliyin içində doğmalaşıblar. Hamılıqla, elə belə də olmalı imiş kimi düşünürlər. Beləmi olmalıdır? Milyonlarla insan vəhşi və beyini kütləşdirən yoxsulluq mühitində doğulur, yaşayır və ölür. Milyonlarla anadangəlmə istedadlı insan bütün həyatını heyvan küt beyinliyi içində yaşamalı olur. Bu beləmi olmalıdır? Sizin milyonlarla qardaşınız mənəvi baxımdan kobud, amansız və axmaq ehtirasların düşkünüdür. Sizcə, budamı belə olmalıdır? Bütün bu yüzlərlə "beləmi olmalıdır?" sualı doğuran iyrəncliklər və cinayətlər üçün utanmırsınızmı? Bu ictimai kütbeyinlik və laqeydlikdəmi "belə olmalıdır?"
Azərbaycan xalqı dözümlüdür:)
Xalqın aşağı təbəqəsinin həyatını, rifahını, əxlaqını, xarakterini taleyin ümidinə buraxmışdılar. Sanki, bu məsələlər heç kimə aid deyildi. Öz aləmlərində, "kim necə istəyir, elə yaşasın" kimi bir fikri ortaya atmaqla bu məsələni öz yoluna qoymuşdular. Əgər bununla yaxşı nəsə baş verəcəksə, qoy bu da onların xoşbəxtliyi olsun. Yox, bütün bunlar onları dözülməz, ağır və iyrənc vəziyyətə salacaqsa, qoy dözsünlər. Beləliklə, xalq hər yerdə və həmişə yaşadığı ağır şəraitə dözməli olmuşdu. Ehtiyaclara və məhrumiyyətlərə dözmək, tabe olmaq sanki xalqın vəzifəsinə çevrilmişdi. Hər yerdə və daima deyirdilər: xalq içki düşkünüdür. Xalq ərincəkdir. işləmək istəmir. Xalq kobuddur, acgözdür, amansızdır. Sonra isə əlavə edirdilər: xalq öz böyüklüyünü yalnız öz səbri və dözümüylə göstərə bilir. Aclıq çəkir, soyuqdan donur, kirin-pasın içində yaşayır və... bunların hamısına qəzəblənmədən boyun əyir. Hamı xalqın səbrini tərifləyir, xalqın səbrinə heyranlığını bildirirdi. Kövrəlir, doluxsunurdular. Xalqın şərindən din düzəltdilər. İsa Məsihin dinini də, bunun əsasında səbir və dözüm dininə çevirdilər.
Şəxsi mənafe, qazanc və maddi maraq. Uşaqları yaxşıca "yerbəyer" etmək istəyirsiniz. Onları isti və yumşaq bucaqda yerləşdirməyə çalışırsınız. Bununla da onlara olan sevgi borcunuzu ödədiyinizi düşünürsünüz. Lev Tolstoy bununla bağlı çox yaxşı deyib: "Həyatını lazımınca qura bilməməyin" ən başlıca səbəblərindən biri, hamının "həyatını lazımınca qurmaq" istəyib, ancaq heç kimin həyatın özünü "qurmaq" istəməməsiylə bağlıdır. Hamı həyatdan nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə düşünmür. Həyata təkəbbürlü, talançı, istismarçı, qaniçən kimi atılırlar. Həyatın mənasını bu cür qaniçənlikdə görürlər.
Ancaq vətən uğrunda yaşamaq özü, onun uğrunda ölməkdən kiçik qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin, doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük qəhrəmanlıqdır.