1000Kitap Logosu
Habil Yaşar
TAKİP ET
Habil Yaşar
@Habil_Yashar
Habil Yaşar-Şair, Yazar-Prezident təqaüdçüsü. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənclər Şurasının üzvü. Türk dünya 3-cüsü ən gənc yazar olaraq. İlk roman yazılır-az qaldı
Şair, Yazar
Roma Biznes Universteti
Bakı
Bakı
97 okur puanı
08 Eyl 2019 tarihinde katıldı
Tanıdığın kimse takip etmiyor
Ortak okuduğunuz kitap bulunmuyor
Öykü
"Qaranlığı yazanın gecəsi" adlı hekayəm qardaş Türkiyənin ən çox oxunan ədəbiyyat jurnallarından biri olan "Edebiyyat Ortam" ında... Türkiyədə 4 jurnal, 4 saytda, Azərbaycanda 5 sayt, 3 jurnalda...
Ümidsizlik nəğməsi
Zibilqabı yanında, zibillik eşələyən, qoca, nurani kişi, Yamanca deyinirdi. O, bəzən gülümsəyir, bəzənsə... Ah, mənim amansız qara taleyim, Məni məhrum etdi işıqlarından. Yoluma daş qoydu bu həyat mənim, Heç üzüm gülmədi uşaqlığımdan. Ey cansız və ruhsuz, kor zibilqabı, Bilirəm zərrə də duymursan məni. Bəlkə də hissimdə yanılıram mən, Məni məndən yaxşı anlayanım sən… Hər gün ətrafında fırlandıqca mən. Sən mənə baxırsan oyuncaq kimi. Halbuki mənim də xəyallarımda, Gələcək var idi çox parlaq kimi. Sənin ətrafında fırlanan kimi, Mənim dörd yanımda tamaşaçılar, Belə fırlanardı xəyallarımda, Ah, mənə qıymadı xəyallarım da. Gözlərim kor ola görməyəydi kaş, Qaranlıq dünyamın qaranlığını. Ya məni heç anam doğmayaydı kaş, Ya da ki, doğaydı bəxtəvər kimi... Ah, yenə anamı qınayıram mən, Yazığın özü də bədbəxt adamdı. Taleyin amansız sınaqlarından, Onun da heç üzü gülmədi əfsus… İndi torpaq altda qəm çəkir yenə, Bu bədbəxt oğlunun bədbəxtliyinə. Həm cansız, həm ruhsuz yarandığından, Bəlkə də xoşbəxtsən ey zibilqabı, Nə bilim bəlkə də elə deyilsən… Olmaya mənim tək gileylənirsən, Sən də taleyinin dönüklüyündən. Bu ara adamlar keçir yanından, Kinayə baxışlar, kəskin baxışlar. Fələyin rəhmsiz oyunlarından, Min qat daha betər öldürür onu… Bumudur ədalət? bumudur həyat? Hər an bir-birindən daha narahat. O, baxır ətrafa gözlərində qəm, Adamlar şeytan tək görünür ona. Yer üzü deyilən sanki cəhənnəm, Yox “sanki” artıqdır, özüdür ki, var, Elə cəhənnəmin özüdür ki, var... Keçir əllərinə neçə cür əşya, Hər əşya kimsədən bir xatirədir. Qəfildən əlinə toxunan nəsə, Onu yerindəcə yaman titrədir. Astaca qaldırır onu göylərə, Baxır həsrət dolu, intizar dolu. Onsuz fəsillərə, onsuz illərə, O, qədəm qoyurdu ahuzar dolu. Qabarlı əlləri toxunur simə, Azacıq musiqi səsləndirərkən, Hönkürtü qoparıb yıxılır yerə, Ağlayır məhv olmuş o ümidlərə. Ancaq skripka da düşmür əlindən, Bağrına basaraq qucaqlamışdır. Onun qoxusuyla, musiqisiylə, Cənnəti dünyada o yaşamışdır. Yenidən adamlar keçir yanından, Necə də duyğusuz, ruhsuz və cansız. Ölmüş ürəklərə təsir edərmi? Musiqi sədası, insan həyatı, Bax budur həyatın sonsuz təzadı. Bir anlıq xəyala qapılır qoca, O, böyük səhnədə cürətə gəlir. Kiçikdən böyüyə tamaşaçılar, Musiqi səsindən heyrətə gəlir. Mələklər də səsin seyrinə gəlir. Onun taleyinin gözləri kimi, Ətrafda bərq vurur rənglər, işıqlar. Dünya nə gözəldi, necə gözəldi, Onun hər anında bir yaraşıq var. Hər kəsdən bəxtiyar bir insan kimi, Unudub kədəri, unudub qəmi, Taleyə təşəkkür eləyir qoca. Başı zirvələrdən daha da uca. Ona yaraşardı ah bu ucalıq, Bəlkə də şansı var, amma qocalıq, Həm taqət, həm gücdən salmışdı onu… Yox, yox yanılıram gülərsə gözlər, O qüvvət, o taqət qayıda bilər. Qocalıq da özün cavanlaşdırar, Əksinə, Cavanlıq da özün qocalaşdırar. Bax budur həqiqət, budur reallıq, Fərqi nə qocalıq, yoxsa cavanlıq. Anidən bir cavan tutur qolundan, Ayırır gül kimi xəyallarından. Bax beləcə bitir nağılın sonu, Azacıq sevincə tab gətirməyib, Tale xoşbəxtikdən ayırır onu. Yenidən qayıdıb bu cəhənnəmə, Qərq olur amansız kədərə-qəmə. Dünya başdan-başa düşür gözündən, Bir tək skripka, o sirli alət, Azacıq da olsun düşmür gözündən. Sıxıb əlləriylə yoxlayır onu, Körpə tək sevgiylə qoxlayır onu. Gözünün işığı, bircə dənəsi, Amansız taleyin xoş hədiyyəsi, Məhz bu skripka mübaliğəsiz, Yeganə səbəbdir xoşbəxtliyinə. Əlini göylərə qaldırıb yenə, Şükürlər eləyir yaradanına, Ən böyük sevinci bəxş edib ona. Yük götürüldü canımdan, unuduldu qayğılar. İlahi xoşbəxtliyim bu şeirlə yaşandı. Ah necə də gözəldir kama yetmiş arzular, Zamanın özü belə müvəqqəti dayandı. Habil Yaşar 11.05.2022/10:00
"Qaranlığı yazanın gecəsi" adlı hekayəm qardaş Türkiyənin ən çox oxunan ədəbiyyat jurnallarından biri olan "Edebiyyat Ortam" ında... Təşəkkürlər!
"Qaranlığı yazanın gecəsi" adlı hekayəm "Ulduz" jurnalının aprel sayında dərc olunmuşdur. Bu səbəblə daima ədəbiyyatımızın keşiyində duran "Ulduz" jurnalına, həmçinin dəyərli "edebiyyatveincesenet.az" portalına və xüsusən hörmətli yazıçımız Varis bəyə Minnətdaram!
1
...
175 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.