Düşünün: “Bir gün yuxudan bir BÖCƏK olaraq oyanırsınız, ailənizin sizdən necə qorduğunun sizin haqqınızda nələr dediyini, nələr düşündüyünü eşidib anlaya bilirsiniz ancaq siz heç nə danışa bilmirsiz. Günlər, aylar boyu ailəniz minnətlə (azca da olsa sevgi ilə) sizi bəsləyir və otağınıza həbs edir. Hər keçən gün bu sevgi biraz da azalır və nəhayət tam sıfırlandığına əmin olduğunuz gecə yaşamaq üçün səbəbiniz qalmır. Olduğunuz yerdə ölüb tarixə dönürsüz.” Bu əsərdə hansı canlı olmağınızdan asılı olmayaraq sevginin, qayğının gücü Franz Kafka kimi dahi yazıçı tərəfindən vurğulanıb.