Luna Lovegood

1/10
·160 syf.··
2023 19. kitabı
Aldığım pula və oxumağa sərf etdiyim zamana heyfim gəldi. Bunun və bənzər kitablar üçün kəsilmiş ağaclara da heyfdir, ekologiyanı məhv etməkdir. Pul qazanmaq xətrinə yazılmış kitablardan biridir. Belə kitablar oxumaq əvəzinə bu sahədəki keyfiyyətli mütəxəssislərin (psixiatr və s.) müəllifi olduğu kitabları oxumağı şiddətlə tövsiyə edirəm. Onu da qeyd edim ki, Qanun nəşriyyatı savadsız, hər cür xətalarla dolu tərcümə barəsində yenə də öz ampluasındadır.
Fərdi Ətalətlə MübarizəMümin Sekman · Qanun Nəşriyyatı · 02,948 okunma
Puan vermedi·64 syf.··
2023 17. kitabı
·
74 günde okudu
·
Okunma: 20 Ekim 2023 17:05
Mövzusu maraq dairəmə daxil olsa da, qeydlərlə bol olduğu üçün oxumaq çətin oldu (25-ci səhifədən sonrakı 35 səhifə qeydlərdən ibarətdir). Həmçinin dili də bir az qəlizdir. Lakin maraqlı bir çox şey öyrəndim. Məsələn, şaxta babanın maralının da adı olan Rudolf adı canavar sözündən gəlirmiş, yaxud nənəmin həmişə "canavar" sözünü deməyə qoymamağının, əvəzinə "başı batmış" dedirtməyinin səbəbini, insanlara vəhşi heyvanların adlarının qoyulma səbəbini, maskaların istifadə məqsədi kimi bir çox şey öyrəndim.
Kurt Adam Batıl İnancının KökeniCaroline Taylor Stewart · Laputa Kitap · 201924 okunma
8/10
·5 syf.··
Beğendi
·
2023 10. kitabı
“Yes, thinking meat! Conscious meat! Loving meat. Dreaming meat. The meat is the whole deal! Are you beginning to get the picture or do I have to start all over?” Həmişə niyə məhz ətdən olduğumuzu və bu ət yığının hansısa zəkaya malik olması, bu qədər şeyi bacarması məni düşündürüb, maraqlı gəlib. Əsəri oxuduqda isə bu barədə düşünənin tək mən olmadığını öyrəndim.
They're Made Out of MeatTerry Bisson · 19914 okunma
7/10
·80 syf.··
Beğendi
·
2023 7. kitabı
Əsərin başlanğıcı çox maraqlı, axıcı olmasa da, davam etdikcə xeyli bəyəndim, həyəcan, qorxu hiss edə bilirdim. Lakin bunun qarşılığında gözləmədiyim şəkildə sönük bitdi. Düzdür, sonda hadisələr çox maraqlı şəkildə əlaqələndirilərək bitir. Amma arada bir hissə kəsilərək birbaşa sona atlayır. Üzərindən atlanmış həmin hissədə isə nələr olduğu barədə suallar yarandı və onlar cavabsız qaldı. Həmçinin düşünürəm, Heleni görənləri dəhşətə salanın nə olduğu daha açıq yazılsa idi, daha maraqlı olardı. Amma bu janrı sevənlər üçün oxumağa dəyər.
Yüce Tanrı PanArthur Machen · İthaki Yayınları · 20181,640 okunma
Puan vermedi·416 syf.··
2023 3. kitabı
Müəllifin bu elmi-fantastik əsərdə dövrünü tamamilə qabaqlayan bir gəmi və onun ətraflı təsviri, həmçinin sualtı səyahəti göz önümüzdə canlandıra biləcək qədər təsviri, sanki, belə gəminin həqiqətən də mövcud olması və yazıçının da bu gəmi ilə həmin sualtı səyahətdə olub öz xatirələrini paylaşması təəssüratını yaradır. Kitabın bəzi hissələrində dəniz canlılarının bioloji təsnifatına nisbətən geniş yer verildiyi üçün mənim üçün axıcı olmasa da, bu janrı sevənlər üçün maraqlı əsərdir. Lakin sonda Nautilusun sonrakı taleyi ilə bağlı ipucu verilmədiyi üçün sonluq gözlədiyim kimi bitmədi.
İyirmi Min Lye Su AltındaJules Verne · Şərq-Qərb Nəşriyyat · 200616,2bin okunma