Çox gözləmişəm mən səni xəlvət, sənin üçün.
Gözlər dikilib yollara həsrət, sənin üçün.
Qoydum daşı-daş üstə, düzəltdim yenə ey yar,
Mənzil bizim üçün, ama niyyət sənin üçün.
Ey gözlərimin gözlədiyi, gəl mənə sarı,
Könlüm darıxır hər gecə dəhşət, sənin üçün.
Sən bilmədiyin üçün bu şeirdən, bu qəzəldən,
Boşdur yenə yazdıqlarım əlbət, sənin üçün.