Niyə, Allahım niyə? Niyə məsumlara, yaxşılara bunları rəva görürsən? Niyə icazə verib sadəcə baxırsan? Niyə pislərə, vicdansızlara bu həyatı zülm etmirsən, elədiklərini görməzdən gəlirsən? - avazı çıxdıqca bağırdı.
İnsanlar o qədər paxıllıq, nifrətlə doludurlar ki, ətraflarında qəlbi təmiz,
insaflı birinin olmasını istəmirlər. Hər fürsətdə onu ləkələməyə çalışırlar. Yenə də hər şeyə inad ayaqda durmağa çabalayıram, ləkələnməməyə səy göstərirəm.