Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan,
sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda
işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi
evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə
qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda
da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat
standartı. Hər şey bu cür olmalıdır. Və bunu oxumayıb keçmək kimi..